İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

    0
    223

    İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

    İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya – kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Fond birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir. Fond müxtəlif grant müsabiqələrini elan edərək startuplara kömək edir.

    İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, informasiya- kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.

    Fondun aşağıdakı məqsəd və vəzifələri vardır:

    • –  Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını

      təmin etmək; İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək;

    • –  İKT sahəsində ixracyönümlü layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək;

    • –  İKT sahəsində fəaliyyət göstərən yerli hüquqi şəxslərin xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin maliyyələşdirilməsi üçün investisiyaları cəlb etmək;

    • –  İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədi ilə vençur maliyyələşməsini həyata keçirmək;

     

    İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və orta sahibkarlıq subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə

    • –  Fondun vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;

    • –  Yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi iləAzərbaycan Respublikasında İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalında payçı qismində iştirak etmək;

    • –  İKT sahəsində fəaliyyət göstərən yerli və xarici hüquqi şəxslər arasında istehsal və texnoloji əməkdaşlığın təmin edilməsi üçün investisiyalar cəlb etmək və texnoloji transferin reallaşmasına təkan vermək;

    • –  Və. sair

      Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya- kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.

      Fond layihələrin maliyyələşdirilməsinin aşağıdakı mexanizmlərini tətbiq edir:

      • –  İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunu;

      • –  Müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini;

      • –  İnnovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini.

        Müsabiqə əsasında İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələr (startap layihələri) seçilərək maliyyələşdiriləcəkdir.

        Layihələr İKT sahəsinin aşağıdakı fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmalıdır:

      • –  Mütərəqqi proqram təminatının hazırlanması;

      • –  İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

        •  İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

        • –  Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

        • –  İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

          Layihələr üzrə qrantlar kiçik, orta və böyükhəcmli olmaqla, 36 (otuzaltı) ay müddətinədək ayrılır.

          Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə qrant vəsaiti verilir:

        • –  10 000 manatdan 100 000 manatadək – kiçik həcmli qrantlar;

        • –  100 001 manatdan 200 000 manatadək – orta həcmli qrantlar;

        • –  200 001 manatdan 300 000 manatadək – böyük həcmli qrantlar. Sahibkarlıq subyektlərinə kreditlərin ayrılması İKT sahəsində fəaliyyət

          göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində veriləcək.

          Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:

        • –  10 000 manatdan 50 000 manatadək – kiçik həcmli kreditlər;

        • –  50 001 manatdan 500 000 manatadək – orta həcmli kreditlər;

        • –  500 001 manatdan 5 000 000 manatadək – böyük həcmli kreditlər. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

        • –  Kiçik həcmli kreditlər üçün – 3 (üç) ilədək;

        • –  Orta həcmli kreditlər üçün – 5 (beş) ilədək;

        • –  Böyük həcmli kreditlər üçün – 10 (on) ilədək.
          Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri “İnvestisiya fondları

          haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak etməkdir. Layihənin investisiya formasında maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçiriləcək.

          Fondun vəsaitləri İKT sahəsində aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olununacaq:

        • –  tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılmasına;

        • –  innovativ layihələrin yaradılmasına;

        • –  yeni texniki sınaq qurğularının yaradılması və;

        • –  yeni nümunəvi texnikanın yaradılması və istehsalı;\

          • –  yeni texnologiyaların yaradılmasına;

          • –  proqram təminatı vasitələrinin yaradılması;

          • –  informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni

            xidmətlərin yaradılması;

          • –  elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların

            kommersiyalaşdırılması.

          Əmrah Qarayev