Startap Azərbaycan (Start-up Azərbaycan)

    0
    119

    Startap Azərbaycan (Start-up Azərbaycan)

    “Startap Azərbaycan” Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

    İnnovativ ideya dedikdə əsasən informasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur.

    Təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif etmək mümkündür, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

    Layihələr elmi – tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr “Startap Azərbaycan” çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir. Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.

    Müsabiqəyə həm qlobal və həm də yerli şəraitdə istifadə oluna biləcək layihələr verilə bilər. “Startap Azərbaycan” çərçivəsində yarışmalarda iştirak edən Startapların ekspert qiymətləndirilməsi təşkil olunur.

    “Startap Azərbaycan” yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində Startapçılar üçün təlimlər təşkil olunur, investorlarla görüşlər keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir. İnternet biznesə başlamaq istəyənlər üçün Layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.

    “Startap Azərbaycan” komandası uğurlu hesab ediləcək layihələrin investorlara təqdim edilməsində və investor axtarışında seçilmiş startap-lara köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlığın təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.

    “Startap Azərbaycan” qaliblərə simvolik mükafatlar təqdim etsə də, layihələrin birbaşa maliyyələşməsi onların investorlara və müxtəlif Fondlara təqdim edilməsiylə həyata keçirilir. “Startap Azərbaycan” uğurlu İnternet Layihələrə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə yardım edir.

    “Startap Azərbaycan” öz yeni İnternet-biznesini yaratmaq istəyənlərə arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi istiqamətində yardımçı olmağı düşünür.

    Əmrah Qarayev