ADİU-nun İnnovativ Biznes İnkubatoru

    0
    116

    ADİU-nun İnnovativ Biznes İnkubatoru

    Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib. ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator (İBİ) ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir.

    ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün marifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

    Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startap fəaliyyətə başlayıb.

    – “Peşəkar mühasibat”;

    – “LingvOmondo”; – “Perfect Pictures”; – “UniWeb”.

    Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli hesab olunur.

    Layihə həyata keçirilməsi gənclərin sahibkarlıq fəaliyyətlərinin önə çıxmasına kömək edəcək.

    İBİ əsasən Startaplar, Təlim mərkəzi, Biznes klinik və kovorkinq istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı”nı icra etmək, ADİU-nun professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.

    Əmrah Qarayev