Infipro Azerbaijan

    0
    112

    Infipro Azerbaijan

    “İnfipro” informasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədilə sahibkarlarla birgə işləməkdən ibarətdir.

    Bacarıqlı sahibkarların öz ideyalarını reallaşdırılmasına təkan vermək və bizneslərinin genişləndirilməsinə kömək etmək məqsədilə şirkət tərəfindən kiçik həcmli investisiyalar da nəzərdə tutulub.

    Yüksək böyümə potensialı olan innovativ şirkətlərə investisiya edilir. Həmçinin rəqabət mühitində liderlik keyfiyyətlərini nümayiş etdirə bilən şirkətlərə dəstək verilir.

    “İnfipro” bir qayda olaraq fondlarına ehtiyat kapitalının maksimum 10%-

    ni investisiya edir. Bütün potensial layihələr yüksək gəlirlilik dərəcəsi və

    möhkəm biznes planına malik olmalıdır. Şirkət hər hansı layihəni təhlil etdiyi zaman yüksək bacarıqlı və tam məsuliyyətli idarə heyətinin mövcud olması həlledici faktordur. Zəruri olduğu təqdirdə əlavə maliyyə imkanlar, bazara çıxış və hərtərəfli dəstək təmin edə biləcək digər aparıcı investorlar ilə tərəfdaşlıq yaradırlar.

    Əmrah Qarayev