Baku Business Factory (BBF)

    0
    115

    Baku Business Factory (BBF)

    Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclərin BBF-də öz ideyalarını biznesə çevmələri üçün imkanlar yaradılmışdır. BBF-də ofis, mentor və maddi dəstək alamaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak etmək üçün imkanlar yaradılmışdır.

    BBF-in fəaliyyət göstərdiyi 2-ci sahə isə sərbəst işləyən insanların iş üçün hər cür şəraitə malik ofislə təminidir. Onlar heç bir ödəniş etmədən ofislərin bütün imkanlarından: iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner və s., imkanlardan istifadə edə bilərlər. Həmçinin, BBF tərəfindən təşkil olunan təlimlərdə də iştirak etmək imkanları yaradılmışdır.

    Son illərdə ölkəmizdə gənclərin biznesə olan marağı sürətlə artır, lakin çox zaman təcrübənin azlığı və maddi-texniki çatışmazlıqlara görə bu təşəbbüslərin böyük bir qismi uğursuzluqla nəticələnir. BBF-in startaplarla bağlı layihəsi də məhz gəncləri həm də maddi-texniki, həm biznes vərdişlərinin artırılması baxımdan önəmlidir. Bu sahədəki əsas xidmətlər ofis təmini, maddi- texniki təchizat, mentorluq, hüquqi dəstək və investisiyadır.

    Dəstəklənən biznes növləri müraciət edə bilər:

    • –  Ticarət: topdan və pərakəndə satış, e-ticarət

    • –  Xidmət: agentlik, konsultasiya, dizayn, tərcümə, təlim və kurslar,

      araşdırma və s.

    • –  İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları və s.

    • –  Texnoloji: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və s.

    • –  Kənd təsərrüfatı: əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı

      məhsullarının satışı və s.

    • –  Qısa müddətli qazanc gətirəcək layihələr: sərgilər, aksiyalar,

      kampaniyalar, konsertlər və s.

    Əhram Qarayev