Əsas səhifə Xəbərlər Digər xəbərlər Whatsapp-a avtomatik silinən mesajlar funksiyası gəlir

Whatsapp-a avtomatik silinən mesajlar funksiyası gəlir

54

Whatsapp messencerinin beta versiyasında avtomatik şəkildə silinən mesajlar funksiyası aşkar edilib. Həmin funksiya Telegram və Snapchat-ın avtomatik silinən mesajlar funksiyası kimidir. Bu barədə Wabetainfo saytı xəbər verib. Whatsapp-da bu funksiya Delete Messages adlanır və o artıq Android üçün olan Whatsapp 2.19.348 beta versiyasında işə salınıb.

Bu funksiya vasitəsilə istifadəçi göndərdiyi mesaj üçün vaxt limiti qoya biləcək. Nəticədə qoyulmuş vaxt limitindən sonra göndərilmiş mesaj avtomatik olaraq silinəcək. Bu yeni funksiya həm fərdi çatlarda həm də qrup çatlarında çalışır. Yeni funksiya messencerin təhlükəsizlik səviyyəsini yüksəldə və mesajların çox olduğu qrup çatlarında ünsiyyəti daha rahat edə bilər. Messencerin hal hazırki aktual versiyasında mesajları yalnız fərdi şəkildə silmək olur. Bu yeni funksiyanın isə hamı üçün nə zaman işə salınacağı bilinmir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here