“Go” oyunu üzrə 19 qat dünya çempionu: “Süni zəkaya qalib gəlmək qeyri mümkündür”

Date:

Paylaş:

Robotların və alqoritmlərin insanların işlərini əllərindən alacaqları barəsində düşünəndə çətin ki, ağıla 2500 illik tarixçəsi olan ən qəliz oyunda məşhur qrossmeyster gəlsin. Lakin məhz bu cür vəziyyəti hal hazırda Cənubi Koreyadan olan Lee Sedol yaşayır. O, məşhur go oynu üzrə dünyanın ən güclü oyunçusu hesab edilir. Lakin 2016-cı ildə Lee Sedol, AlphaGo alqoritmi ilə go oyununda qarşı qarşıya gələrək 5 oyun partiyasından yalnız 1-ni udmuşdu. Görünür, 36 yaşlı 19 qat dünya çempionu həyatının yeni mənasını tapmalıdır. Bu barədə Hightech.plus saytı xəbər verib.

“Go” oyununda süni zəkanın ortaya çıxmasından sonra mən anladım ki, əgər yüksək səylər sayəsində hətta reytinqdə birinci yeri yenidən qazansam da mən ən yaxşısı olmayacam. Hətta dünyanın nömrə 1-i olmağımla mən anlayıram ki, mənim qalib gələ bilməyəcəyim bir şey var” – deyə Lee Sedol öz müsahibəsində bildirib. Hətta udulmuş 1 oyun partiyası sayəsində də Lee Sedol, AlphaGo-ya qalib gəlmiş yeganə insan sayılır. Onun süni zəka ilə oyunu bir vaxtlar məşhur şahmat ustası Garry Kasparov ilə DeepBlue arasında olmuş oyun ilə müqayisə edirdilər.

Şahmatdan fərqli olaraq go oyununda gediş variantları o qədər çoxdur ki, oyun partiyasının gedişatını öncədən müxtəlif variantlar vasitəsilə hesablamaq qeyri mümkündür. Burdan da belə qənaətə gəlmək olar ki, süni zəka hələ insanların go oyununda anlamadıqları bir xüsusiyyəti başa düşüb. Lee Sedol bildirib ki, dekabrda o öz go karyerasını yekunlaşdıracaq. Lakin ilk öncə o, Cənubi Koreyada hazırlanmış HanDol adlı alqoritm ilə oyun keçirdəcək. Hər bir yeni oyun partiyasının əvvəlində onun iki daş üstünlüyü olacaq. Buna baxmayaq Lee Sedol insanın üstünlük qazanacağına ümid etmir. “Hətta iki daş üstünlüyü ilə çox güman ki, mən birinci partiyanı uduzacam” – deyə Lee Sedol bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...