Biznesə başlamaq üçün ən optimal yaş dövrü hansıdır?

Date:

Paylaş:

Belə hesab olunur ki, sahibkarlıq gənc adamların işidir. Son illərin ən tanınmış sahibkarları bizdə bu fikri formalaşdırıblar: Mark Zuckerberg, Evan Spiegel, Elon Musk, Larry Page, Sergei Brin, Steve Jobs – onların hamısı müvəffəqiyyət qazananda heç 30 yaşları da olmayıb. Bəs görəsən həqiqətənmi gənclərin biznesdə irəli getmək şansları daha çoxdur? Bu sualla bağlı Milli iqtisadi araşdırmalar bürosunun ekspertləri bu yaxınlarda araşdırma aparıblar və məlum olub ki, gənc olmaq uğurlu sahibkarlıq üçün heç də mütləq cəhət deyil və hətta əksinə.

Alimlər komandası biznesin inkişaf tempi ilə yaş arasındakı əlaqəni araşdırıblar və belə bir qənaətə gəliblər ki, yaşı 30-dan az olan sahibkarların heç bir xüsusi üstünlüyü yoxdur. Əsas nəticə isə ondan ibarətdir ki, biznesə 40 yaşından sonra başlayanda o, uğurlu olur.

Araşdırmada öz biznesləri və ən azı bir əməkdaşları olan 2,7 milyondan çox sahibkar iştirak edib. Maraqlıdır ki, biznesə başlayanda onların orta yaşı 42 olub. Yeri gəlmişkən, texnologiya biznesi sahəsində orta yaş daha çox – 43-dür.

Araşdırmaçılar, yaşın biznesdəki uğurun göstəricisi olub-olubmamasını müəyyən ediblər. Bunun üçün onlar ümumi saydan 1700 ən yaxşı sahibkarı seçiblər və yaşlarını bütün nümunələrlə müqayisə ediblər. Təəccüblüdür ki, ən uğurlu startaplar orta hesabla yaşı 45 olanlara məxsusdur.

Araşdırmanın daha bir nəticəsi – sahibkarların orta yaşının sahədən asılı olması. Məlum olub ki, telekommunikasiya, məlumatların emalı və proqram təminatı sahəsi üzrə bizneslə məşğul olmağa daha tez başlayırlar, amma bu çox deyil. Məsələn,  proqram təminatı sahəsi üzrə sahibkarların orta yaşı 40, neft-qaz və biotexnologiya sahəsi üzrə olanlarının isə demək olar ki, 47-dir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...