Venesuela, ölkənin “El Petro” kriptovalyutasının təmin edilməsi üçün 5 mlrd. barel neft ehtiyatı ayırıb. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına müsahibəsində bildirib.
“El Petro”nun təminatı üçün Orinoko çayının neft hasil olunan zolağında sertifikatlaşmış “№1 Ayakuço” yatağını təqdim edirəm”, – deyə Prezident qeyd edib. Bu yataqda xarici konsaltinq şirkətləri tərəfindən təsdiqlənmiş 5 mlrd. barel neftin olduğu bildirilir.
“Hər “El Petro”ya 1 barel neft ayırıram. Bütün ölkədə kriptovalyutanın mayninqi təmin ediləcək. Gələcəkdə “Arko Minero” qızıl yatağı və almaz yataqları da dəstək kimi bu işə ayrılacaq”, – deyə Maduro əlavə edib.
Xatırladaq ki, Venesuela son illərdə kəskin iqtisadi böhranla mübarizə aparır. Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına görə, bu il Venesuelada 652,7%, 2018-ci ildə isə 2 349,3% inflyasiya gözlənilir.
715307 386570Its a shame you dont have a donate button! Id without a doubt donate to this brilliant weblog! I suppose for now ill settle for book-marking and adding your RSS feed to my Google account. I look forward to fresh updates and will share this blog with my Facebook group. Chat soon! 192264