Venesuela öz kriptovalyutasının təminatına 5 mlrd. barel neft ayırıb

1
678

Venesuela, ölkənin “El Petro” kriptovalyutasının təmin edilməsi üçün 5 mlrd. barel neft ehtiyatı ayırıb. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına müsahibəsində bildirib.

“El Petro”nun təminatı üçün Orinoko çayının neft hasil olunan zolağında sertifikatlaşmış “№1 Ayakuço” yatağını təqdim edirəm”, – deyə Prezident qeyd edib. Bu yataqda xarici konsaltinq şirkətləri tərəfindən təsdiqlənmiş 5 mlrd. barel neftin olduğu bildirilir.

“Hər “El Petro”ya 1 barel neft ayırıram. Bütün ölkədə kriptovalyutanın mayninqi təmin ediləcək. Gələcəkdə “Arko Minero” qızıl yatağı və almaz yataqları da dəstək kimi bu işə ayrılacaq”, – deyə Maduro əlavə edib.

Xatırladaq ki, Venesuela son illərdə kəskin iqtisadi böhranla mübarizə aparır. Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına görə, bu il Venesuelada 652,7%, 2018-ci ildə isə 2 349,3% inflyasiya gözlənilir.

1 COMMENT