Apple-ın ceosu bu il 107 milyon dollar qazanıb

0
678

Dünyanın ən dəyərli şirkəti olan “Apple”ın baş direktoru (CEO) Tim Kukun (Tim Cook) 2017-ci ildə nə qədər gəlir əldə etdiyi açıqlanıb.

lent.az-ın “Macrumors” saytına istinadən yaydığı xəbərə görə, şirkət T. Kuka bu il 3,06 milyon dollar əməkhaqqı, 9,33 milyon dollar bonus ödəyib və 89 milyon dollar dəyərində səhm paketi verib. Nəticədə onun gəliri ümumilikdə 102 milyon dollar təşkil edib.

T. Kukun statusu onun “Apple”ın təyyarəsi ilə həm iş, həm də şəxsi məqsədlərlə səfərlər etməsinə imkan verir. 2017-ci ildə CEO-nun səfər xərcləri 93,1 min dollara başa gəlib. Təhlükəsizliyin təmin olunmasına isə 224,2 min dollar ayrılıb.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü T. Kuk 2011-ci il avqustun 25-də “Apple” CEO-su təyin olunub. Bu tarixdən bir gün əvvəl Stiv Cobs səhhəti ilə əlaqədar istefaya gedib və öz yerinə məhz T. Kukun təyin olunmasını məsləhət görüb.