Samuxda anti-sanitar şəraitdə toyuq istehsal edən sex aşkarlanıb.

Date:

Paylaş:

Samux rayonunda anti-sanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”a verilən məlumata görə, agentlik əməkdaşları rayonunun Nəbiağalı qəsəbəsində fəaliyyət göstərən quş emalı sexinə baxış keçiriblər. 

Baxış zamanı sexin qeyd olunan ünvanda heç bir dövlət qeydiyyatı olmadan gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanının sanitar-gigiyenik normalara zidd olaraq kanalizasiya xəttinə axıdıldığı məlum olub.

Eyni zamanda müəssisədə toyuqların saxlanılması üçün hər hansı bir soyuducu kameranın (anbar) olmadığı, toyuqların polietilen torbalara yığılaraq döşəmədə saxlanıldığı və daha sonra normativlərə cavab vermədən daşındığı məlum olub.

Faktla bağlı ekspertizanın aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Emal sahəsində araşdırmalar davam edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...