Galaxy Note 10 haqqında yeni məlumat ortaya çıxıb

Date:

Paylaş:

    Samsung şirkəti aktiv şəkildə yeni Galaxy Note 10 seriyası üzərində çalışır. İndi isə yeni smartfon modeli barəsində bəzi məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Ice Universe ləqəbi ilə tanınan məşhur çinli insayderin sözlərinə əsasən Galaxy Note 10-dan başlayaraq sürətli enerji yığma tenxologiyası Samsung şirkətinin smartfonlarında zəif bir nöqtə olmayacaq. Təbii ki, Galaxy Note 10 sürətli enerji yığma texnologiyasını əldə edəcək. Lakin Galaxy Note 10-da olacaq bu texnologiya Galaxy S10 5G və Galaxy A70modellərindəkindən daha güclü olacaq.

    Qeyd etmək lazımdır ki, Galaxy S10 5G və Galaxy A70 modelləri 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına sahibdirlər. Ice Universe Galaxy Note 10-da olacaq bu texnologiyanın göstəricisi barəsində dəqiq bir məlumat verməyib. Lakin bəzi məlumatlara əsasən Galaxy Note 10 50 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Huawei P30 Pro smartfonu 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına sahibdir.

    Son məlumat sızıntılarına əsasən Galaxy Note 10 4 versiyada təqdim olunacaq. Onlar 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym Infinity-O ekranla təchiz olunacaqlar. Smartfonlar öz aralarında ekran ölçülərindən əlavə olaraq kamera saylarına və batareya həcmlərinə görə də fərqlənəcəklər. Hər 4 model Snapdragon 855 / Exynos 9810 prosessoru ilə təchiz olunacaq. Həmçinin son məlumatlarda qeyd olunur ki, smartfonlarda olacaq S Penstilusu da özünün kamerasına sahib olacaq. Yeni Galaxy Note 10-nun bu ilin avqust ayında təqdim olunacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...