“Xiaomi” şirkəti “Ağıllı” zibil vedrəsi təqdim edib

Date:

Paylaş:

Çinin nəhəng “Xiaomi” istehsalçısı “Ninestars” şirkəti ilə əməkdaşlıqda 19 dollara təklif edilən yeni “ağıllı” “Xiaomi Ninestars Smart Trash Can” zibil vedrəsini təqdim edib.

Zibil qabı səssiz açma və bağlamanı təmin edən birdüyməli intellektual idarəetmə mexanizmi ilə təchiz olunub.

Bildirilir ki, tutumu 10 litr təşkil edən vedrədə qoxunun yayılmasının qarşısını alan germetik strukturdan istifadə edilib. Şirkət tərəfindən qapağın səssiz açılma və bağlanmasına görə məsuliyyət daşıyan yeni səssiz mühərrik və “ağıllı” prosessor tətbiq olunub. İnfraqırmızı tanıma sistemi sayəsində qapaq əl yaxınlaşan zaman avtomatik açılır ki, bu da bakteriyaların ötürülməsi riskini azaltmağa imkan verir. Ötürücülər 30 sm məsafədə işə düşür. Vedrənin işi üçün 2 batareya tələb olunur.

Tərtibatçıların sözlərinə görə, “Xiaomi Ninestars Smart Trash Can” zibil qutusu qoxunun qarşısını alan mexanizmə malik olsa da, içindəki torbanın avtomatik yığılması və dəyişdirilməsini dəstəkləmir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...