Əsas səhifə Biznes Pərakəndə ticarət dövriyyəsi 30.9 milyard manat olub

Pərakəndə ticarət dövriyyəsi 30.9 milyard manat olub

597
Paylaş

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,3 faiz artaraq 30,9 milyard manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,9 faizi ticarət müəssisələri tərəfindən satılıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 370,0 manatlıq və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 47,5 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.