Samsung meyvə tərəvəz satmaq məqsədilə qurulmuşdu…

1
614
Samsung
Samsung

Samsung firması Lee Byung-Chul tərəfindən 1938-ci ildə yaxın ölkələrə qurudulmuş balıq, tərəvəz və meyvə satmaq məqsədiylə quruldu. Sonrakı illərdə firma, un dəyirmanları və şəkər maşınları kimi məhsulları da daxil etdi. Beləcə istehsal sahələrini genişləndirib 70-ci illərə doğru ağısənayeyə investisiya yatırmağa başladılar.

Daha sonra ev üçün fərdi texnologiyalar çıxarmağa başlayan firma, portfelini rəngli televizor, fərdi kompüter kimi texnoloji ünsürləri də almağa başladı. Bu gün Samsung elə fərqli sahələrdə istehsalını davam etdirir ki, Samsung markasının nəhəng iş maşınlarını belə görməmiz mümkündür. Televizor sektorunda da köklü bir keçmişə sahib olan Samsung, 1960-cı illərdən bəri televizor istehsal edir. LCD istehsalında bazarın əhəmiyyətli qisimini Samsungun məhsulları təşkil edir.

Hazırda “Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısıdır. Mənzil-qərargahı Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsindən 286 min nəfər işçi çalışır.

©fins

1 COMMENT