Əsas səhifə Biznes Milyardlarla dövriyyəsi olan tekstil sənayesi

Milyardlarla dövriyyəsi olan tekstil sənayesi

1920
Paylaş

Dünyada esas istehlak məhsullarından biridə tekstil sənayesi məhsullarıdır.Tekstil sənayesi yüngül sənayeyə aid olmaqla əsasən əl əməyi tələb edən və işsizliyin azalmasının əsas sektorlardan öndə gedəndir.Dünya ölkələrində Bangladeş, Çin Xalq Respublikası,Vatikan kimi ölkələrdə əhalinin çoxluğundan bu sektora maraq böyükdür.

Tekstil və geyim sənayesi dinamik inkişaf edən sənayelərdən biridir. Belə ki, əgər 1980-ci ildə dünya paltar ixracı 40 milyard ABŞ dolları təşkil edirdisə, 2013- cü ildə dünya tekstil və geyim ixracı 8% artaraq 766 milyard dollara çatmışdır. Qeyd etmək olar ki, dünya tekstil və geyim sənayesi əsasən Asiya və digər üçüncü dünya ölkələrində cəmləşmişdir. Belə ki, dünya tekstil və geyim ixracı əsas 10 ölkənin payına düşür.

Tekstil sektorunun faydaları

Azərbaycanda tekstil sektorunun inkişafı işsizliyin aradan qaldırılmasında fəal iştirak edərək ölkədə rifah səviyyəsinin qalxmasında həll edici rol oynaya bilər. Belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması,işsizliyin aradan qaldırılması, ixtisaslı kadrların yetişməsinə səbəb olur.

Mingəçevir Tekstil MMC yaradılışı

Son illərdə tikintisinə başlanan “Mingəçevir Tekstil” MMC 2018-ci ildə fəaliiyətə başlamağa hazırlaşır. Parkın yaradılmasına sərmayələr 200-300 mln. dollar təşkil edəcək. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 5-6 min yeni iş yeri yaradılacaq. Sektorun dövlət tərəfindən dəstəklənməsi ilə bu kimi sənaye sahələri inkşaf edəcək və Azərbaycan brendini bütün dünyaya tanıdacağıq.

©esahibkar