İsraildə startaplar

    0
    135

    İsraildə startaplar

    Təl Aviv yeni yaradılan staraplar üçün ən əlverişli ekosistemə görə dünyada ikinci yeri tutur. Dünyada ikinci ən yenilikçi şəhər hesab olunur və burada 700 dən çox startap şirkətləri, təhqiqat və inkişaf mərkəzləri yerləşir.

    Təl Aviv yüksək texnologiyalar sənayesi sahəsində 1000-dən çox şirkət yerləşir və bu şirkətlər İsrailin yüksək texnologiyalar şirkətlərinin 23 faizini təşkil edir.

    İnternet əsas sektorlardan biridir və şəhərin bütün yüksək texnologiyalar şirkətlərinin təxminən 43 faizini təşkil edir. Digər önəmli sektorlardan olan rabitə sektoru və informasiya texnologiyaları sektoru bütün şəhərin yüksək texnologiyaların şirkətlərinin 20 faizini təşkil edir.

    Şəhərdə olan 64 faizi yüksək texnolgiyalar şirkətləri startapların nəticəsidir. Başqa sözlə desək, bu şirkətlər təkmilləşdirilmə prosesində olan erkən inkişaf mərhələsində olan şirkətlərdir. Təl Avivdə yüksək texnologiyalar sənayesi sahəsində 31.000-ə yaxın adam işlə təmin edilmişdir.

    2007-2011-ci illər ərzində Təl Avivda 635 yüksək texnologiyalar şirkətləri fəaliyyətə başlamışdır və 345 müəssisə isə fəaliyyətin dayandırmışdır. Bu isə İsraildə fəaliyyətə başlayan və fəaliyyətin dayandırmış yüksək texnologiyalar şirkətlərinin 30 faizini təşkil edir.

    2007-2011-ci illər ərzində İsrailin yüksək texnologiyalar şirkətlərindən 70-i Təl Avivdə yerləşmişdir və onların ümumi dəyəri 3 milyard dollardan çox təşkil edir.

    Əmrah Qarayev