Rusiyada startaplar

    0
    112

    Rusiyada startaplar

    Rusiyada startapların dəstəklənməsində hökumətin geniş və fəal iştirakı var. Bu sahə üzrə ən böyük iştirakçı “RVC” fondudur. “RVC” Rusiyanın vençur maliyyələşdirmə fondlarının və vençur kapitalın dəstəklənməsi üçün 2006-cı ildə dövlət fondu olaraq fəalliyyətə başlamışdır. Fondun 832 milyon dollar həcmində vəsaiti var və bu vəsait dövlət mülkiyyətində olan vəsaitdir özəl vençur maliyyələşdirmə fondları ilə birlikdə investisiya edilir.

    Digər dövlət dəstəyi göstərən İnternet Təşəbbüslərinin İnkişaf Fondudur. Fond 2013-cü ildə yaradılıb. Fondun əsas məqsədi üç il ərzində Rusiya startapları üçün 184 milyon dollar investisiya yatırılmasını sürətləndirməkdir. Bunda başqa Rusiyada startapların dəstəklənməsi üçün yerli dövlət təşəbbüsləri də mövcuddur. Buna misal olaraq ən tanınmış və ən böyük texnopark olan Skolkovo İnnnovasiya Mərkəzini göstərmək olar.

    Skolkovo İnnovasiya Mərkəzi

    Rusiya dövləti tərəfindən ölkədə startap və sahibkarlıq mədəniyyətini

    yaratmaq üçün başladılmış Silikon Vadisinə rəqibi olacaq bir layihədir. Skolkovonun yaradılması üçün növbəti 7 il ərzində 4 milyard dollar xərclənəcəyi gözlənilir. Özəl sektordan bir investorun yatıracağı investisiya ilə birlikdə 2020-ci ilə qədər Skolkovonun yaradılmasına cəmi 15 milyard dollar xərclənəcək. Skolkovo, Rusiya dövləti tərəfindən başladılmış, ölkə iqtisadiyyatının təbii resurslardan asılılığını azaltmaq və ölkə daxilində sahibkarlığın artırılması üçün qurulan hökümət yönlü təşviqdir.

    Moskvanın mərkəzindən bir saatlıq məsafədə təxminən 400 hektar əraziyə malik Skolkovo parkı həm vençur investisiyalara söykənən startap sahibkarlıq, həm texniki-elmi tədqiqat və həm də təhsil mərkəzi funksiyasını daşıyacaq. Hal-hazırda sahədə yalnız Hypercube adlanan, polad, şüşə və beton tikili mövcuddur. Tikili konfrans zalları və iş otaqlarından ibarətdir. Nokia, Samsung və Cisco System kimi iri şirkətlər Skolkovoda öz tədqiqat və inkişaf mərkəzlərini cəlb etməkdə artıq maraqlı olduqlarını bildiriblər. Skolkova mərkəzi 13000-dən çox iş yerinin açılma potensialına sahib 1000-dən çox startap bizneslə əlaqələri olduğunu bildirib.

    Skolkovo vergi güzəştləri ilə fəaliyyət göstərən xüsusi iqtisadi zonadır. Xarici vətəndaşlar xüsusi “Startap Viza” ilə burada fəaliyyət göstərə və işləyə bilərlər. Bu yolla Rusiya dövləti Amerikaya olan beyin köçünün yeni bir modelini hazırlamağa çalışır.

    Əsas konsept ondan ibarətdir ki, yeni başlayan bizneslər və sahibkarlar üçün güzəştli və sadələşdirilmiş qanunlar olsun, vergi güzəştləri təklif olunsun və növbəti on illikdə Rusiya dövləti texnologiya sahəsində yenilikləri ilə dünya iqtisadiyyatında yeni tempi ilə yeni güclü oyunçuya çevrilsin.

    “Microsoft” korporasiyasının baş direktoru Stiv Balmer və “Skolkovo”

    Fondunun prezidenti Viktor Vekselberq arasında İKT sahəsində innovativ fəaliyyətin birgə inkişaf etdirilməsinə dair Niyyət protokolu imzalanıb.

    Əldə edilmiş razılaşmaya əsasən, korporasiya innovasiyalar şəhərində

    özünün İT Mərkəzini açacaq. “Microsoft”un mütəxəssisləri elmi tədqiqatların və mühəndis işlərinin emalı üçün platforma həllərinin yaradılması, həmçinin biznes-proqramlarının işlənməsi ilə məşğul olacaqlar. “Microsoft” Rusiya universitetləri və elmi təşkilatları ilə birgə tədqiqat proqramlarında da iştirakını davam etdirəcəklərini bəyan ediblər.

    Sənəddə əksini tapmış 3-cü istiqamət isə Rusiyanın perspektivli

    startaplarına dəstək göstərilməsindən ibarətdir. Bir neçə il ərzində korporasiya yeni fəaliyyətə başlayan təxminən 100 İKT-şirkətinə kömək etməyə hazır olduğunu bildirib. Vəziyyətdən asılı olaraq bu şirkətlərdən hər birinə 50 mindən yarım milyon dollaradək vəsait ayrılacaq. Startaplara maliyyə köməyindən əlavə ekspert və texniki dəstək də göstəriləcək. Artıq indidən korporasiya biznesin inkişafı məsələlərində öz bilik və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

    Gələcəkdə isə bu sahədə yeni olan soft şirkətlər üçün “Microsoft”un bulud servisləri əlyetərli olacaq.

    “Microsoft” və “Skolkovo” Fondunun əməkdaşlığının 4-cü istiqaməti

    innovasiyalar şəhəri ərazisində informasiya texnologiyalarına kollektiv

    əlyetərlik Mərkəzinin yaradılmasını nəzərdə tutur.

    Sonuncu mərhələ isə “Microsoft”un Skolkovo Texnoloji Universitetinin

    yaradılmasında iştirakı ilə əlaqədardır. Universitet tələbələri və aspirantları korporasiyanın ixtisaslaşdırılmış məktəblərində təhsil ala və iri elmi-tədqiqat mərkəzlərində, o cümlədən Kembric və Redmonddakı Microsoft Research-də əmək təcrübəsi keçə bilərlər.

    Əmrah Qarayev