Çində startaplar

    0
    101

    Çində startaplar

    Çin hökuməti yüksək texnologiyalar və ekoloji təmiz enerjinin istehsalı kimi yeni sahələrdə fəaliyyət göstərən şirkətlərin dəstəklənməsinə yönələn vençur fondu təsis edəcək. Fonda yatırılacaq vəsaitlərin həcmi 40 milyard yuan (6,5 milyard dollar) təşkil edəcək.

    Çində vençur kapital bazarı zəif inkişaf edib. Bunun əsas səbəbi onunla əlaqədardır ki, yerli iqtisadiyyat onilliklər boyunca planlaşdırma və inzibati tədbirlərə əsaslanıb. 2014-cü ilin birinci yarısında Çində 83 yeni vençur fondu yaradılıb, onlara investisiyaların həcmi isə 2013-cü illə müqayisədə 157 faiz artıb.

    Son illər Çin hökuməti vençur investisiyalar bazarının inkişafına zəmin yaradır. Ötən ay sahə üzrə tənzimləyici orqanlar ilk dəfə olaraq sığorta şirkətlərinə toplanan yığımları vençur fondlara yatırmağa icazə verib.

    Yaxın zamanda yaradılacağı gözlənilən yeni fond dövlət, eləcə də özəl investorların vəsaitləri hesabına maliyyələşdiriləcək.

    Əmrah Qarayev