Belarusda startaplar

    0
    124

    Belarusda startaplar

    Belarusda hökumət tərəfindən startaplara birbaşa maliyyə dəstəyi göstərilir və startap şirkətlər yarndıqdan sonra Belarus banklarından kredit götürə bilərlər. Buna baxmayaraq startaplar kiçik həcmli maliyyə vəsaiti alırlar və bu da kreditlərin qismən ödənilməsi üçün istifadə olunur.

    Digər tərəfdən Belarusda Yüksək Texnologiyalar Parkı fəaliyyət göstərir. Parkın hazırda 144 rezidenti var. Parkın rezidentlərinin yarısı xarici şirkətlər və birgə müəssisələrdir. Parkda yüksək texnologiyalar sahəsinə cəlb edilən investisiyaların mənşəyi haqqında:

    – 45%-i Belaruslu investorlar;
    – 55%-i xarici investorlar;
    – 24%-i birgə müəssisələr;
    – 31%-i tam xarici investisiyalı müəssisələr.
    Rezidentlər bütün korporativ vergilərdən azaddır. Lakin park öz

    fəaliyyətini təmin etmək məqsədilə rezidentlər öz dövrüyyələrinin 1%-ini ödəməlidirlər.

    Parkda yerləşən şirkətlərin işçiləri üçün gəlir vergisi 10%-ə qədər azaldılmışdır. Bu isə texnoloji startaplar sahəsində çalışanlar üçün əlavə stimul verir. “Wargaming Net” və “Nival” kimi böyük oyun şirkətləri Yüksək Texnologiyalar Parkının rezidentləri arasındadır.

    Əmrah Qarayev