ABŞ-da startaplar

    0
    89

    ABŞ-da startaplar

    “Startap Amerika” sahibkarlıq fəaliyyətinin sürətləndirilməsi və ruhlandırması üçün hökumət tərəfindən irəli sürülmüş təşəbbüsdür. “Startap Amerika”nın əsas məqsədi yeni yüksək artım tempinə malik şirkətlərin sayının və miqyasının artırılması, o cümlədən Amerika iqtisadiyyatında artım, yenilik və keyfiyyətli iş yerlərinin yaradılmasıdır. Sahibkarlıq fəaliyyətinin keyfiyyətli və davamlı inkişafının təşviq edilməsi ölkədə aparılan milli innovasiya strategiyasının əsas komponentidir.

    “Startap Amerika” dövlət və özəl təşəbbüslərin həyata keçirilməsinə yönəlmişdir:

    •   Ölkə ərazisində yüksək artım tempinə malik startaplar üçün kapital əldə etmək imkanlarının genişləndirilməsi;

    •   Sahibkarlıq təhsilinin və təlim proqramlarının tətbiqi Amerika vətəndaşları üçün iş əldə etmək deyil o cümlədən, yeni iş yerləri yaratmaq baxımından önəmlidir;

    •  Yüksək inkişaf edən startapların müəyyənləşdirilməsi və yüksək artıma maneələrin aradan qaldırılması;

    •   İnnovativ startapların və yeni sənaye sahələrinin yaradılması üçün Federal Fond tərəfindən araşdırma və inkişafı üçün illik təxmini 148 milyard dollar vəsait ayrılır.

    •   Startaplar və böyük şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi.

    Sahibkarlar üçün kapital imkanlarının genişləndirilməsi

    Kiçik Biznes Administrasiyası (Small Business Administration) tərəfindən növbəti 5 il ərzində perspektivli və yüksək artım tempinə malik şirkətlərin yaranması üçün özəl sektora 2 milyard ABŞ dolları həcmində vəsait ayrılmışdır.

    1 milyard ABŞ dolları təkan investiya fonduna: Kiçik Biznes Administrasiyası (Small Business Administration) bu fondlara zəif inkişaf etmiş regionlarda yerləşən şirkətlərin böyüməsi üçün 1 milyard dollar sərmayə ayırıb. Bu investisiyalar iqtisadi cəhətdən zəif olan ərazilərdə eləcə də inkişaf etməkdə olan təmiz enerji sektorlarını əhatə edir.

    Erkən mərhələdə olan innovativ fondlara 1 milyard ABŞ dolları:

    Erkən mərhələdə olan şirkətlər kapitalla təmin olunmaq baxımından olduqca böyük çətinliklər çəkirlər xüsusilə də banklar tərəfindən maliyyələşməsi üçün zəruri aktiv və pul vəsaitlərinin hərəkəti olmayan şirkətlər.

    Son 4 il ərzində bütün vençur maliyyələşdirmənin yalnız 6% bu mərhələdə olan startaplara yönəldilmişdir. Bu maliyyələşdirmənin 70% Kaliforniya, Massachusetts və Nyu York ştatlarında yerləşən şirkətlərə yönəlmişdir.

    Dövlət Xəzinədarlıq Agentliyi gəlir səviyyəsi aşağı olan özəl investisiyalar üçün 5 milyard dollar vergi kreditləri qaydalarını sadələşdirmişdir. Dövlət Xəzinədarlıq Agentliyi yeni bazarda mövcud olan vergi kreditləri üçün bir çox normativ islahatlar hazırlayır. Belə ki, Agentlik 2012 maliyyə ilində ayrılan vəsaitin 3,5 milyar dollardan 5 milyard dollara qədər artırılmasını təklif edir. Bu islahatlar gəlirləri aşağı olan startaplar və kiçik və orta müəssisələrə özəl sektor fondları tərəfindən investisiya cəlbediciliyinin artırılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub.


    Əmrah Qarayev