Əsas səhifə Xəbərlər Digər xəbərlər IKEA yenilənən enerjiyə və meşələrin bərpasına $200 mln. yatırım edəcək

IKEA yenilənən enerjiyə və meşələrin bərpasına $200 mln. yatırım edəcək

100
Paylaş

IKEA şirkəti yenilənən enerjiyə 100 mln. dollar sərmayə qoyması barədə bildirib. Bundan başqa o, meşələrin bərpası və karbon qazı tullantılarının azaldılması layihələrinə də bir o qədər yatırım edəcək.

2030-cu ilə şirkət artıq ətraf mühitə zərər verməməyi nəzərdə tutub: o, istixana qazlarının istehsal ediləndən daha çox yox edilməsini istəyir. Bunun üçün şirkət meşələrin bərpası və onlardan düzgün istifadə layihələrinə başlayacaq.

Şirkətin icraçı direktoru tropik və subtropik ərazilərdə meşələrin bərpasının mümkünlüyünə diqqət çəkib və bildirib ki, bununla çoxlu sayda tullantıdan qurtulmaq olar.

Qeyd edək ki, şirkət həm də tam olaraq “yaşıl” enerjiyə keçəcək: ancaq IKEA deyil, onun bütün təchizatçıları da tam olaraq yenilənən istilik, soyutma və enerji təchizatı mənbələrindən istifadə edəcəklər.