Əsas səhifə Startup “Colorifix” startapının “bakteriya” texnologiyası

“Colorifix” startapının “bakteriya” texnologiyası

137
Paylaş

Britaniyanın “Colorifix” biotex-startapı parçaların bakteriyaların köməyi ilə boyanması texnologiyasını işləyib. Burada  ağır metallar kimi təhlükəli kimyəvi vasitələrdən istifadə metodu istisnadır. Bundan başqa, istehsal zamanı adi boyanma qaydasından fərqli olaraq sudan istifadə 90%-ə qədər azalır.

Startap təbiətdən müəyyən bir rəngin genlərini toplayır, sonra bakteriya hüceyrəsinə əlavə edir.  Parça, boya əmələ gətirəndən sonra yüksək temperaturun təsirindən yox olan bakteriyaların qarışıma salınır.

2019-cu ilin sonunda startap öz texnologiyasının istehsal sınağına başlamağı planlaşdırır. Bunun üçün H&M şirkəti, Forster Rohner və Arvind tekstil istehsalçıları ilə tərəfdaşlıq edəcək. Sınaqlar uğurla başa çatarsa “Colorifix” boya satışını 2020-ci il üçün nəzərdə tutur.