SOCAR bu şirkət üçün brendli yanacaqdoldurma məntəqəsi tikəcək

Date:

Paylaş:

“Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR Petroleum” QSC arasında şirkətə məxsus olan avtobusların keyfiyyətli yanacaqla təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin tikintisinə dair müqavilə imzalanıb.

“SOCAR Petroleum”dan  verilən məlumata görə, imzalanmış müqaviləyə əsasən qısa müddətdə şirkətə məxsus olan Təmir Mərkəzində “SOCAR” brendli, modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti Bakının mərkəzində xidmət göstərən marşrut xətlərində dizel yanacaqlı mühərriklə təchiz edilmiş və “Avro 5” standartlarına cavab verən nəqliyyat vasitələrini istismar edir.

Hazırda 18 saylı marşrut xəttində CNG yanacağı ilə işləyən və “Avro 6” standartlarına cavab verən avtobus test rejimində fəaliyyətini davam etdirir.

“SOCAR Petroleum” 2008-ci ildən ölkə ərazisində “SOCAR” brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır. Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı, qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur. Bundan başqa Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (CNG) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq CNG yanacağının satışı fasiləsiz olaraq təmin edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...