Hindistanın ən zəngin sakini Mukesh Ambani Britaniyanın oyuncaqlar riteyleri “Hamleys”-i əldə edəcək

Date:

Paylaş:

Dörd ilə şirkətin dəyəri 130 milyon dollardan 88,5 milyon dollara qədər enib.

“Reliance Brands” öz açıqlamasında bildirib ki, hindli milyarder Mukesh Ambaninin “Reliance Brands” şirkəti Britaniyanın  uşaqlar üçün “Hamleys” oyuncaq və digər mallar mağazası şəbəkəsini almağa razı olub.

Bloomberg qeyd edib ki, işin dəyəri 68 milyon sterlinqdir ( 88,5 milyon dollar ). Satan isə Çinin “C.Banner International Holdings” şirkətidir. O, “Hamleys” şirkətini 2015-ci ildə 100 milyon funt sterlinqə ( 130,2 milyon dollar) alıb.

“Hamleys” 1760-cı ildə yaradılıb, ilk flaqman mağazasını 1881-ci ildə Londonda açıb və orada 50 minə yaxın oyuncaq rəfləri var. Hal-hazırda şəbəkənin 18 ölkədə 167 mağazası var. Onlardan 88-i Hindistandadır, onlar Ambaninin Reliance Industries şirkəti tərəfindən franşiza olunur. Rusiyada isə “Hamleys”-in səkkiz mağazası fəaliyyət göstərir: altısı Moskvada və biri Sankt-Peterburqda. Biri də Soçidə.

2018-ci ildə Hamleys 9,2 milyn funt sterlinq ( 11,9 milyon dollar) zərər qazanıb. Riteyler itkiləri Brexit-lə və iqtisadi böhranla əlaqələndirib ki, BBC bu barədə açıqlama verib.

Mukesh Ambani Hindistanın ən zəngin adamıdır. Sahibkar, Forbes jurnalına əsasən, dünyanın ən zəngin adamları sırasında 13-cü yerdədir. Jurnal onun dəyərini 50,2 milyard dollar qiymətləndirib. Onun neft emalı holdinqi “Reliance Industries” dünyanın ən iri energetik şirkətlərinin onluğunda yer alıb. Şirkət həmçinin öz biznesini pərakəndə satış, maliyyə, telekomunikasiya və başqa sahələrdə inkişaf etdirir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...