“WhatsApp” messenceri “Windows Phone” əsaslı bütün əməliyyat sistemlərinin dəstəklənməsini dayandırır

Date:

Paylaş:

“WhatsApp” messenceri 2019-cu il dekabrın 31-dən etibarən “Windows Phone” əsaslı bütün əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq. Bu barədə messencerin rəsmi saytında deyilir.

Dəstəklənmə dayandırıldıqdan sonra messencer “Windows Phone” əməliyyat sistemli mobil qurğularda işləməyəcək.

Məlumata görə, bu səbəbdən “Android” (4.0.3 və daha yuxarı versiyalar) və “iOS” (8 və daha yuxarı versiyalar) əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulardan istifadə tövsiyə edilir. Bundan başqa, “KaiOS” (2.5.1 versiyaları və daha yeniləri) əməliyyat sistemli bir sıra qurğular dəstəklənəcək.

Qeyd edək ki, “Microsoft” şirkəti də “Windows Phone” sistemini əvəzləyən “Windows 10 Mobile” əməliyyat sistemini inkişaf etdirməkdən imtina edib. Belə ki, şirkət yanvarda bəyan edib ki, 2019-cu ilin dekabrında “Windows 10 Mobile” əməliyyat sistemi üçün yenilənmələrin buraxılışı dayandırılacaq. “Microsoft” bu sistemlə işləyən qurğu istifadəçilərinə dəstək dayandırıldıqdan sonra “Android” və ya “iOS” əməliyyat sistemlərinə keçməyi tövsiyə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...