Jeff Bezos Aya yük daşımasını həyata keçirən Blue Moon aparatının prototipini təqdim edib

Date:

Paylaş:

Sahibkar, Aya adam göndərməyi 2024-cü ilə hesablayıb.

Bloomberg və CNBC –nin yazdığına görə “Amazon”un qurucusu Jeff Bezos onun “Blue Origin” şirkətinin işlədiyi Ayın səthinə eniş üçün olan kosmik aparatın maketini nümayiş etdirib.

“Aya qayıtmağın zamanı gəlib. Bu dəfə artıq orada qalmaq üçün” – deyə, Jeff Bezos Vaşıinqtondakı mətbuat-konfransında açıqlama verib. Sahibkar  sözlərinə əlavə edib ki, Ayda Yerə nisbətən qravitasiya gücü azdır, bunun sayəsində onun səthində resurslar əldə etmək üçün 24 dəfə daha az enerji lazım olur.

Aparat Blue Moon adlanır, yanacaq kimi o, maye hidrogendən istifadə edir, bunu da o Aydakı buzlardan əldə etmiş olur. Bezosun sözlərinə görə, aparat Aya minimum 3,6 ton yük çatdıra bilir və Ayın səthindən orbitə süni sputnik göndərir.

“Blue Origin”-in  yaradıcısı həm də yeni BE-7  motorunu göstərib, bu da özəl olaraq eniş modulu üçündür.

Şirkət üç il Blue Moon üzərində çalışıb. Növbəti addım Ayın səthinə insanların enməsini təmin edən aparatın hazırlanması olacaq. Bezos ümid edir ki, belə missiyalar 2024-cü ildə mümükün olacaq.

Associated Press açıqlama verib ki, Blue Moon-un ilk buraxılış tarixini Bezos qeyd etməyib və nümayişin böyük bir hissəsində o, orbit stansiyalarında insan koloniyalarının yaradılması mümkünlüyündən bəhs edib.

İlk dəfə, “Blue Origin”lə Aya eniş etmək planı barədə 2017-ci ildə bəyan olunub. Bezos öz Amazon səhmlərini satmaqla, hər il şirkətin işlənməsinə 1 milyard dollardan çox yatırım edir. “Blue Origin”-in digər layihələri arasında New Glenn daşıyıcı raketlərinin və New Shepard kosmosu sərhədinə turistik uçuşlar üçün kosmik gəminin hazırlanması işləri var. Şirkət 2020-ci ildə ilk kosmik turist uçuşunu həyata keçirməyi planlaşdırıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...