“Div”lərin çəkişməsi: Mask Baffetə meydan oxudu

1
654

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask qənnadı biznesinə başlamaq niyyətində olduğunu açıqlayıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə o, “Twitter”də yazıb. “Mən şirniyyat istehsalı üzrə şirkət yaradıram. Əla olacaq”, – deyə iş adamı bildirib.

Bir qədər sonra E. Mask niyyətinin çox ciddi olduğunu söyləyib və “kriptokonfet” yaratmağı təklif edib. Bu “tvit”lə o, “Berkshire Hathaway” holdinqinin rəhbərləri Uorren Baffet və Çarlz Mangerə cavab vermiş olub.

Mübahisə oradan başlayıb ki, “Tesla” səhmdarlarının toplantısında E. Mask U. Baffet tərəfindən irəli sürülmüş və şirkətə sahə üzrə orta həddən daha yüksək səviyyədə qazanc əldə etmək, bazarda lider mövqelərini qorumağa imkan verən, “iqtisadi xəndək” deyilən konsepsiyasını tənqid edib. O, ideyanı uğursuz adlandırıb və qeyd edib ki, uzunmüddətli perspektivdə biznes üçün vacib olan innovasiyaların tempidir. Cavabında Ç. Manger deyib ki, E. Maskın iradı doğrudur, lakin əgər söhbət “su nohur”undan gedirsə. 87 yaşlı Baffet isə bəyan edib ki, bir çox şirkət “xəndək” modelinə üstünlük verir, məsələn, “Berkshire Hathaway”ə daxil olan “See’s” qənnadı fabriki. Baffet Maska konfet istehsalında yarışmağı təklif edib. E. Mask isə “xəndək” düzəltməyi və onu konfetlərlə doldurmağı vəd edərək bildirib ki, Baffet onun qənnadı layihəsinə biganə qalmayacaq və ona sərmayə qoymağa məcbur olacaq.

1 COMMENT