Silikon vadisindəki türk: milyard dollarlıq təşəbbüskar Eren Bali

Date:

Paylaş:

Bir uğur hekayəsi oxuyarkən məhz nəyi axtarırsınız? Hədsiz çox çalışmanı, hədəfə kilidlənməni, mübarizəni, tutqunu, xəyal qırıqlığını, rədd olunmağı, pulu, dünyanı daha çox, lap çox dəyişdirmə arzusunu? Onun hekayəsində bunların hamısı var.

Hələ də adını eşitməmisinizsə, Eren Bali ilə tanış olun! O, dünyanın ən tanınan, ən çox istifadə olunan online təlim platformalarından Udemy’nin qurucusudur.

Eren Bali bundan səkkiz il öncə şansını Hollywoodda yoxlamaq istəyən yaraşıqlı bir aktyor namizədinə bənzəyirdi.

Ancaq o dövrdə Bali’nin üzərində üç ildir dayanmadan çalışdığı, bütün pullarını sərf etdiyi, dəfələrlə yoxlayıb müvəffəqiyyətsiz olduğu, buna rəğmən çox inandığı bir fikri vardı.

Bu fikir Silikon Vadisi’nin sərmayələrin bulaqlar kimi qaynadığı bir vaxtında, 6 ay ərzində tam 57 investor tərəfindən rədd edilən bir ideya idi.

Çəkingənlik dərəcəsində təvazökar olan Bali, müəllim valideynlərin üçüncü uşağı olaraq Türkiyənin Malatya vilayətinin dağ kəndində doğulub.

İbtidai sinifləri anasının dərs dediyi bir dağ məktəbində oxumuş Balinin təbii olaraq həmin şəraitdə öyrənmək üçün yetəri qədər imkanı olmayıb. Ancaq riyaziyyat və elmlərə marağı və qabiliyyəti olduğunu yaxşı xatırladığını söyləyir.

Böyük bacısının ODTU-ni qazanıb evə komputer alaraq və bir neçə aylıq internet çəkdirməsi ilə Bali’nin həyatı dəyişib.

“İnternet istifadəçisi olmağa başlayınca, onun yeni şeylər öyrənmək üçün əla bir vasitə olduğunu anladım”.

İbtidai təhsildən sonra, orta təhsilinə Malatya Liseyində davam edən Bali, Beynəlxalq riyaziyyat olimpiadalarında medal qazandığı üçün MİT, Harvard kimi məşhur universitetlərdən qəbul almağına rəğmən onların yerinə ODTU-də komputer mühəndisliyi oxumağı seçib.

“Malatya’dan heç vaxt çıxmamışdım. ABŞı çox uzaq hesab etmişdim. Bacım ODTU-də oxuyurdu. O qorxuyla ODTU-yə getdim”.

O gündən bəri mütəmadi olaraq olduğu yerləri dəyişdirir və hər dəfə də eyni qorxunu hiss etdiyini deyir.

Universitetdə təhsil alan zaman ODTU komputer kollektivinin server üzərindən musiqi dinləməsini təmin edən “MP3 server” adlı bir tətbiqat (application) yazan Bali, “tələbələr arasında çox populyar oldu amma universitetin internet ehtiyatını çox sürətli bitirmişdik” deyir. (Facebook’un meydana çıxış hekayəsiylə çox bənzəyir)

Bu təcrübə Bali’nin “insanların ehtiyacı olan bir şeyi təmin etmənin” xoşbəxtliyini hiss eləməsinə yaramışdı. Qərarını vermişdi, təşəbbüskar olacaqdı.

“Kiçik yaşlarımdan bəri uğurlu olacağıma inanırdım, böyük  xəyallarım vardı”.

Öncə, orta məktəbdın tanıdığı Oktay Çağlar ilə birlikdə bir şirkət qurub, 3D görüntü texnologiyasından yararlanaraq inşasına başlanılmamış binaların maketini göstərən gunlukbasin.com’u yaratdılar. Erkən bir fikir olduğu üçün işlər yaxşı getməsə də, Udemy’nin ideya mənbəyi sayıla biləcək online dərs proyektinin də beləcə təməli atılmış oldu.

O dövr ODTU Teknokent’də (texnopark) Avropa və ABŞdan gələn təlimçilər təşəbbüskarlara dərs keçirdilər.

Bali və Çağlar bu dərsləri digital aləmə keçirməyi təklif edirlər. Bu sayədə təlimçilər ikilinin hazırladığı tətbiqat vasitəsilə uzaq məsafədən təhsilə davam etdilər.

Balinin xəyalı bəlli olmuşdu: “Milyonlarla insanın pulsuz əldə edə biləcəyi dərs materialları (content) yayınlama”.

Ertəsi il Bali hər şeyi kənara qoyub Çağlar ilə birlikdə bir online təlim platforması qurmaq üzerində çalışmağa başladı.

Təbii ki, maliyyə və büdcə problemi vardı. Buna görə də fərqli bir yolu sınayaraq Türkiyə yerinə, Silikon Vadisindəki təşəbbüslərə uzaqdan çalışmaq üçün müraciətlər etdilər. Qəbul edildikləri yerlərdən qazandıqları pulları, o zaman “Knowband” adını verdikləri təşəbbüslərinə yatırırdılar. Bali təlimləri canlı yayınlamaq istəyirdi ancaq bu həm tələbələr həm də təlimçilər üçün çox da praktik olmurdu.

Balinin ABŞ-na getdiyi zaman, bu macərası çox da rahat başlamamışdı.

İş icazəsi alması çox uzun sürmüşdü, işi irəlilətmək üçün xeyli miqdar borc almışdı və çətin şərtlərdə yaşayıb çalışması lazım gəlmişdi. (Gündüz tam saatlı bir iş, gecədən səhərə qədər də öz proyekti ilə işləməli olmuşdu.)

Yaxşı, bu qədər illər ərzində yorulub imtina etdiyi heç olmayıbmı? Əlbəttə olub. Dəfələrlə…

“Etdiyiniz işi tərk etdiyiniz zaman, içinizdə nisbi bir rahatlama hissi yaranır. İçinizdə bunun doğru fikir olmadığını hiss edirsiniz. Amma Udemy’də belə olmadı. Hər şeyi yarıda buraxmaq insana özünü çox pis hiss etdirirdi. Bu fikir dünyada olmalıdı, biz bacara bilmədik deyə daim düşünürdüm.”

Sonda Udemy yayına başladığında, Balinin nəzər nöqtəsi Silikon Vadisi üçün belə ‘artıq gəlirdi’. (yəni ki, zamanını çox qabaqlamış fikir idi)

Onu daim rədd edən sərmayədarlar həmişə, “İnsanlar sertifikat ala bilməyəcəyi bir təhsilə niyə pul xərcləməlidir ki?” əks-fikrini irəli sürürdülər. Bali isə, insanların bir dəfə sertifikat aldıqdan sonra, o saytla bağının qopacağı nöqtəsində öz fikrinin üzərində sonadək dirəndi. Onun istədiyi şey isə, davamlılığı təmin eləmək idi. Təhsil, davam etməliydi.

Bu ultra vizyonlu baxış bucağına ilk inanan isə, 250’dən artıq təşəbbüsə yatırım etmiş Dave McClure oldu. Onun liderliyindəki 11 mələk investor, 2010-cu ildə Udemy-ə 1 milyon dollar sərmayə qoydu.

58-ci görüşmədə gələn bu yatırım, proyektin uğursuz günlərini bir anda tərsinə döndərdü. Çünki, internet aləminin ulduz adı sizin layihəyə yatırım etdisə, Silikon vadisindəki hər kəsin diqqətini çəkirsiniz.

Bundan sonrası üçünsə sözü heç uzatmadan qeyd edirik, “sərmayələr yağışı dövrüdür”. Ən son 2014-cü ildə 32 milyon, 2015-ci ildə 65 milyon, 2016 iyun ayında isə 60 milyon dollarlıq sərmayə alıb. Bazar qiymətini Forbes 710 milyon dollar olaraq bildirmişdir; bu barədə sözü çox uzatmağa gərək də qalmır.

İlk yatırımcısı McClure isə, Forbes’ə belə deyib: “Platformanın istifadəçi çoxluğu səbəbiylə, rahatlıqla milyard dolları əhatə etdiyini söyləyə bilərəm.”

57 investor tərəfindən veto edilən o “işə yaramaz fikir”, bu gün 710 milyon dollar dəyərə çatmış, online təhsil inqilabının ən vacib 4-5 təşəbbüsündən biridir.

Eyni zamanda, dünyanın qərb hissəsində ən çox investisiya edilən online təhsil şirkətidir. Müvəffəqiyyətinin sirri isə, insanın sertifikatlara yaxud da, diplomlara məcbur qalmadan, istədiyi mövzunu, mütəxəssislərdən öyrənməyinə imkan təmin etməyidir.

“Tam zamanlı olaraq ibtidai sinifdən başlayıb universiteti bitirməyə qədər gedirik. Bəs sonra? Sonra isə, sadəcə olaraq, öyrənməyi tərk edirik.”

Udemy bütün strategiyasını “həyat boyu öyrənmə” məfhumu üzərinə qurmuşdur. Bu çok önəmli bir məfhumdur, çünki, içində fürsət bərabərliyi prinsipi var:

“Hər kəs kurs aça bilər, hər kəs  öyrənə bilər, satın alınan kursa ömür boyu qoşulmaq olar, təlimçi ilə gəlir ədalətli bir şəkildə paylaşıla bilər, aylıq üzvlük haqqı alınmır, şəxsə görə kurs qiymətlərində fərqlilik olmur.”

Udemy’nin keyfiyyəti şübhəsiz ki, kontentin keyfiyyətindən irəli gəlir. Saytda ekspertliyi təsdiq olunmuş iyirmi min təlimçiyə aid qırx beş min kurs var.

Seth Godin, Guy Kawaski, Gary Vaynerchuk, Andre Agassi (bəli, düz oxudunuz) və daha bir çox dəyərli insanlar!

Bu arada, Udemy’nin ən güclü yönlərindən biri də Udemy Biznesdir (Udemy for Business). Goldman Sachs, PayPal, Booking.com kimi çox saylı, öz sektorunun əjdahası olan şirkətlər, şirkət təlimləri üçün Udemy`dən istifadə edirlər.

Dünya İqtisadi Forumuna görə, uzaqdan təlim bazarının 2017-ci il üçün təxmini dəyəri nə az , nə çox , düz 255 milyon dollardır.

2016-cı il üçünsə bu rəqəm 166,5 milyon dollar idi. Yəni ki, bu bazar, öz dəyərini bir ildə iki qat artıracaq.

Qısaca olaraq, ikinci dünya savaşından sonra təsis edilən “elmi, praktikaya çevirmədən yaddaşda cəmləmə” modelinin yıxılışına şahidlik edirik. Artıq, başqa bir dünyada yaşayırıq.

Eren Bali’nin vizyonu isə əsla online təhsillə məhdudlaşmır.

2014’te CEO’luğu başqasına təhvil verən, bu aralar doktorantura tədqiqatları və müalicə prosesləriylə əlaqəli yeni təşəbbüsü Carbon Health üzərində çalışan Bali baxın nə deyib:

“Hər il bir müddətlik zamanımı Malatya’da, kənddə keçirirəm. Oranın dolanışıq mənbəyi ərik ağaclarıdır. Kəndlilər qiymət dalğalanmasından ciddi zərər çəkirlər. Qiymətlərdən çox gec xəbərdar olduqları üçün, əsl qazancı alverçilər əldə edirlər. Bu problemi həll edə bilərəm. Bundan başqa, kənd təsərrüfatı və enerji sahələrində də nəsə bir şey etmək istəyirəm. Ancaq bütün bunların hamısı ilə əlaqəli şirkətlər qura bilmərəm. Bəlkə özüm edəcəyim sonra isə həm sərmayədar olacağım, həm də aktiv şəkildə işləyəcəyim 4-5 iş planlayıram”.

Türkiyədə uğurlu işlərə imza atan 10 təşəbbüskar

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...