Bakıda daha bir ailə cinayəti baş verib. Sputnik Azərbaycan Nəsimi rayon Prokurorluğunna istinadən xəbər verir ki, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan kişi həyat yoldaşını öldürüb.
Belə ki, həmin ünvanda qeydiyyatda olan Taxveli Ramiz Pərviz oğlu 1988-ci il təvəllüdlü həyat yoldaşı Taxveli Adelya Azər qızını 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. R.Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı 10 dekab 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. R.Taxveli saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.