Vergi 2 faizə endirilir – VİDEO

Date:

Paylaş:

Vergi məcəlləsinə edilmiş dəyişiklər bir çox yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Bu yeniliklərdən sonra nə baş verəcək?


Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov və iqtisadçı-ekspert Rəşad Həsənov Xəzər TV-nin “Xəzər Aktual” proqramında Vergi Məcəlləsinə edilən dəyişiklikləri və vergi sistemində həyata keçirilən islahatları şərh ediblər.

Verilişdə çıxış edən Nicat İmanov bildirib ki, bütövlükdə dəyişikliyin məqsədi sahibkarlığın inkişafını dəstəkləməkdən ibarətdir:

“Biznesdə əlverişli vergi mühitini yaratmaq üçün inzibatçılığın təkmilləşdirilməsi və qanunvericilikdə əlavə vergi yükünün azaldılması həyata keçirildi.

Nəzərə alsaq ki, ölkədə əsas biznes dairəsi mikro və kiçik sahibkarlıqdır, bu həssas təbəqənin dəstəklənməsi dövlətin qarşısında duran əsas məqsəddir.

Onlar sadələşdirilmiş qaydada vergi ödəyirdilər. Bunun dərəcəsi Bakı şəhərində 4, regionlarda isə 2 faiz dərəcə ilə müəyyənləşdirilib. Yeni dəyişikliklə, ölkə ərazisində vahid vergi dərəcəsi nəzərdə tutulub. Bundan sonra bütün sahibkarlar 2 faiz dərəcə ilə vergi verəcəklər. Bunun üçün heç bir şərt tələb olunmayacaq.

Bundan başqa, mikro sahibkarlıq subyektlərinə əlavə güzəştlər tətbiq ediləcək. Onların 75 faiz mənfəət-gəlir vergisi üzrə güzəştlər təsdiq edildi.

Mikrosahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manata qədər olan şəxslər nəzərdə tutulur.

Əvvəllər onlar gəlirdən, xərcdən asılı olmadan sabit vergi ödəyirdilər. Yeni qanuna görə, sahibkara 75 faiz güzəşt verilir. Nəticə olaraq, mənfəət vergisi 5 faiz dərəcəyə bərabər olur”, – deyə Nicat İmanov qeyd edib.

Rəşad Həsənov da çıxışında verilərə edilən dəyişikliyə aydınlıq gətirib. Daha ətraflı videoda tanış ola bilərsiz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...