“Böyük yeddilik” ölkələrinin “Libra” ilə bağlı “Avropa planı”

Date:

Paylaş:

Paris,Roma və Berlin Facebook-un “Libra” kriptovalyutasının Avropada blok edilməsi üçün hüquq normaları hazırlayırlar. Agence France-Presse-nin verdiyi məlumata əsasən, bu barədə Fransanın maliyyə və iqtisadiyyat naziri bildirib. “Böyük yeddilik” ölkələri layihəni dollar və avroya görə təhlükəli hesab edirlər.

Almaniyanın da maliyyə naziri yeni dünya valyutasının yaradılmasını dayandırmağın lazım gəldiyi barədə məruzə ilə çıxış edib.

Nəzərdə tutulan ölçülərin təfərrüatları açıqlanmır. Beynəlxalq valyuta fondunun və Ümumdünya bankının illik toplantısında çıxış edən fransalı nazir bildirib ki, Libra və ya digər hər hansısa kriptovalyuta dollarla avronun kurs mübadiləsinə və bununla da ölkənin bu valyutaları əsas valyuta kimi istifadə edən ticarətinə, sənayesinə və iqtisadiyyatına təsir edə bilər.

Fransalı nazir “Böyük yeddilik” ölkələrinin vahid mövqeyini açıqlayaraq bildirib ki, nə qədər ki, terrorizmin maliyyələşməsi və çirkli pulların yuyulması da daxil olmaqla hüquqi, normativ, nəzarətlə bağlı  məsələlər həll olunmayıb və risklər aradan qaldırılmayıb heç bir beynəlxalq steyblkoin-layihəsi işləməməlidir.

Qeyd edək ki, Facebook “Libra”sı layihəsinin rəhbəri isə bildirib ki, şirkət fransalı nazir tərəfindən qaldırılan bu məsələlərin vacibliyini qiymətləndirir, belə ki, onlar həmin problemlərə hazırki maliyyə standartlarına cavab verəcək real həll yolları tapmaqda qərarlıdırlar.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...