Google Pixel 4-də yeni funksiya yaranıb

Date:

Paylaş:

Pixel 4 smartfonlarında yeni Car Crash Detection funksiyası yaranıb. Adından da göründüyü kimi o, avtomobil qəzasının baş verib-vermədiyini təyin edəcək. Funksiya Personal Safety tətbiqi vasitəsilə idarə ediləcək.

Quraşdırılmış sensorların (datçik və mikrofonlar) köməyi ilə smartfon hərəkət modellərini müəyyən edir və qəza üçün xarakterik olanlarını təyin edir. Bunun üçün məkanla, fiziki fəaliyyətlə və mikrofonla bağlı məlumatları əldə etməyə icazə lazım gəlir.

Daxil olan məlumatlar əsasında Pixel 4 avtomobil qəzasının baş verdiyini aşkarlasa smartfon vibrasiya edəcək və yüksəkdən zəng çalacaq. O, istifadəçiyə dinamik və ekran vasitəsilə kömək təklif edəcək. Əgər yalan əməliyyat və ya naməlum hadisələr özünü göstərərsə istifadəçi  “Hər şey qaydasındır” düyməsini sıxa və ya “Ləğv” göstərişini səsləndirə bilər. Bu zaman smartfon heç bir şey etməyəcək.

Bundan başqa, istifadəçi “Təcili zəng” göstərişini səsləndirə və ya təcili zəng düyməsini iki dəfə sıxa bilər. Bundan sonra smartfon təcili kömək xidmətini həyata keçirəcək.

Qeyd edək ki, daha bir funksiya da var : əgər qəzadan sonra istifadəçi huşunu itirərsə və 60 saniyə ərzində smartfonun çağırış cəhdlərinə qarşılıq verməzsə o zaman mobil cihaz avtomatik olaraq dinamik bağlantını aktivləşdirir, təcili xidməti çağırır və hadisə yerini bildirir. Ağır qəzalar olanda smartfon əlavə tədbirlər həyata keçirə və dərhal təcili xidmətlər təşkil edə bilir.

Car Crash Detection funksiyasında məhdudiyyətlər də var. Birincisi, o ancaq Pixel 4 seriyasından olan smartfonlarda və ancaq ABŞ –da və yalnız ingilis dilində işləyir. İkincisi isə, o, smartfon ancaq uçuş rejimində olanda və ya enerjiyə qənaət funksiyasının aktiv olduğu halda işləyəcək. Və nəhayət, funksiya simsiz rabitənin zəif olduğu yerlərdə işləməyə bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...