Əsas səhifə Biznes Bakı metrosu 10 ayda 36.7 milyon manat gəlir əldə edib!

Bakı metrosu 10 ayda 36.7 milyon manat gəlir əldə edib!

1311
Paylaş

Bu ilin yanvar-oktyabr ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilə nisbətən 5,5 faiz artaraq 187,3 milyon nəfərə çatıb.

Gedişhaqqının 20 qəpik olduğunu nəzərə alsaq 10 ayda metronun sərişindaşımadan 36,7 milyon manat gəlir əldə etdiyini hesablaya bilərik.