Xakerlər simsiz aksesuarlar vasitəsilə bəzi Android smartfonlarını sındırmağı öyrəniblər. Bunu Amerikanın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik üzrə ekspertləri bildiriblər.
Onların sözlərinə görə, Bluetooth-cihazlar xakerlərə smartfona daxil olub ordan şəxs məlumatları almağa, hətta zənglərə də qulaq asmğa imkan verir.
Bunun üçün xakerlər AT-interfeysindən istifadə edirlər. Belə ki, smartfona onu təhlükəsiz bağlantıya keçirən xüsusi komandalar göndərilir.
Xakerlər Bluetooth-cihazların smartfona qoşulması ilə əmələ gələn zəiflikdən istifadə edirlər
Mütəxəssislər bunun qarşısını almaq üçün cihazı daim yeniləməyin lazım olduğunu bildiriblər. Belə ki, hər yeniləmə ilə istehsalçılar proqram təminatındakı boşluqları “bağlayırlar”.