Xoşbəxtlik pula deyil, pul xoşbəxtliyə bağlıdır

Date:

Paylaş:

Biz,  “pulum olsaydı həqiqətən də xoşbəxt olardım” deyə düşünərkən, əslində yanıldığımızın fərqinə varmırıq. Cazibə qanunu tam əksinə işləyir: sərvət, uğur və digər bu kimi amillər həyatımızda özümüzü həqiqətən xoşbəxt hiss etdiyimizdə özünü göstərir. Başqa sözlə desək, xoşbəxtlik insanı daha da məhsuldar, məqsədyönlü, özünəinamlı edir və maddi gəlirin artması da birbaşa buna bağlıdır.

Ruh düşkünlüyü yaşandıqda isə zənginləşmək mümkün deyil – mütəxəssislər təsdiqləyirlər. Ona görə də ilk əvvəl gərgin vəziyyət yaradan səbəbləri araşdırıb aradan qaldırmaq, daha sonra isə sərvət və rifah barədə düşünmək lazımdır.

Sərvət və rifah şübhə və qorxulardan tam azad, aydın, böyük arzulardan başlayır. Arzu etmək çox yaxşıdır, amma insanların əksəriyyəti təəssüf ki, özlərini bundan belə məhrum edirlər. Çünki, fantaziyalarının necə reallığa çevrilə bilməsini təsəvvür etmirlər. Mütəxəssislər isə bildirirlər ki, heç birimiz uğura gedən yolu bilə bilmərik, amma sadəcə ona inanmaqla bu inamın necə maqnit kimi uğuru çəkib gətirdiyi görə bilərik.

Martin Lüter Kinq deyib: “ İlk addımı atın və inanın. Əgər bütün yol görünməsə belə sadəcə ilk addımı atın”.

Jozef Gambell isə deyir ki, xoşbəxt olmaq lazımdır, belə ki bu zaman Kainat əvvəllər bir tək divarlar olan yerdən sizin üçün qapı açacaqdır.

Zənginliyi özünə çəkməyin 10 qızıl qaydası. Rifah içində yaşama qanunları

  1. Zənginlik barədə təsəvvürlərinizi dəyişin. Əgər sizə uşaqlıqda doğru yollarla çoxlu pul qazanmağın mümkün olmadığını aşılayıblarsa, bu təlqin faciəvi ola və gələcək rifaha aparan yolu bağlaya bilər. Bundan başqa, pulun “qan-tərlə” qazanılması və hər qəpiyə qənaət etməyin lazım olması fikri də yalnışdır. Sərvət belə qazanlmır. Başqa fikri əsas götürməlisiniz: pul qazanmaq asandır və o mütəmadi olaraq gəlir. Belə yanaşma sizi qorxulardan azad edəcək və yeni başlanğıclara yol açacaq.
  2. Pulu ideallaşdırmayın. Düşünün ki, o hər şeydən öncə nəzərdə tutduğunuz planları həyata keçirməkdə və xoşbəxt birisi olmaqda sizə kömək edə biləcək bir azadlıqdır.
  3. Ancaq sevdiyiniz işlə məşğul olun. Təbiətinizə zidd olan nələrsə üzərində karyera qurmaq və sərvət əldə etmək mümkün deyil. Birincisi, daim daxili müqavimətlə baş-başa qalacaqsınız, ikincisi isə ətrafınızda mütləq çoxlu həvəsli peşəkarlar tapılacaq və gec və ya tez siz kənar qalacaqsınız. Ona görədə vaxta və gücünüzə heyfslənmədən tam sizə görə olan bir məşğuliyyət axtarıb tapın. Bu işdə ən yaxşısı olun və cəhdləriniz layiqincə qiymətləndiriləcək.
  4. Səbrli olun. Bir çox insan zənginliyə gedən yolun yarısında öz inamını itirir. Onlar çoxlu səy göstərirlər və tez nəticə əldə etmək istəyirlər, amma onu gözləmədən, hövsələsizcə bu nəticənin işə yaramayacağını deyirlər. Belə olan halda da özləri dayanıb prosesi dəyişirlər.
  5. Unutmayın: pul enerjidir və ona daimi dövriyyə lazımdır. Pulu düzgün şəkildə təqdim etməyi öyrənin. Bunu üçünsə bir təlimatı rəhbər tutun: hesab ödəyərkən və ya mağazada alış-veriş pulunu hesablayarkən həmin pulları verəcəyiniz adama tam səmimiyyətinizlə uğur arzu edin. Təsəvvür edin ki, sizin pullarınız yeni məhsulların alınmasına gedəcək, sizə xidmət edən şəxs üçün məvacibə çevriləcək. Beləcə, özünüzü uzun maliyyə prosesinin tərkib hissəsi kimi hiss edəcəksiniz və bu prosesdə isə glir daim artandır.
  6. Xəsis olmayın. Unutmayın, xəsis iki dəfə ödəniş edir. Pulu özünə tərəf çəkməyin əsas qanunlarından biri budur: çoxlu xərc intensiv gəlir gətirir.
  7. Həmişə yeni əlavə gəlir mənbələri axtarın. Bu, potensialınızı artırmaqda və güman ki, daha dəqiq peşəkar maraq sferası axtarıb tapmaqda sizə yardımçı olacaq.
  8. Özünüzü bolluq içində hesab edin. Zəngin bir insan kimi özünüzü aparın. Hətta real zamanda kifayət qədər pulunuz olmasa belə yaxşı bahalı əşyalara köklənin. Özünüzü onlarla birgə təsəvvür edin. Zənginlik ab-havası yaradın və o mütləq həyatınıza gələcək.
  9. Pul obrazını göz önündə canlandırın. Tam xoşbəxtliyiniz üçün sizə lazım olan konkret məbləği dəqiq təyin edin. Onu gözünüzün önünə gətirin və lazım olan məbləği tamamlayan sıfırların sayının təsvirini çəkərək cüzdanınıza qoyun və ya görünən bir yerdə bərkidib saxlayın. Düşüncə materialdır. Şəkil isə şəxsi arxiv.
  10. Həyata bütün yaxşılıqlarına görə təşəkkür etməyi unutmayın. Minnətdarlıq uğuru artıran əzəmətli bir gücdür. Özünüzü dəyişdirin və sizinklə birgə ətraf aləm də dəyişəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...