Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Luckin Coffee-nin qurucusu milyarder olub

Luckin Coffee-nin qurucusu milyarder olub

93
Paylaş

Starbucks-un rəqibi olan Luckin Coffee kafelər şəbəkəsinin qurucusunun sərvəti 1 milyard dolları ötüb. O,  şirkətdəki ikinci milyarderdir.

Cümə günü Nasdaq birjasında Luckin şirkətinin səhmlərinin qiyməti maksimuma çatıb. Artım Vaşinqton və Pekinin ölkələr arasındakı ticarət əlaqələrindəki gərginliyi aradan qaldıracaq razılaşma imzalayacaqları barədə xəbərlərlə bağlıdır.

Bundan başqa, səhmlərin qiymətindəki artıma satış həcmi də kömək olub – üçüncü rübdə 208,9 mln. dollar.

Qeyd edək ki, şirkətin kafelərinin sayı da üçüncü rübdə 3680-ə çatıb. Səhmlərin qiymətinin beşinci artımı şirkəti 6,4 mlrd. dollarlıq bazar kaptalizasiyasına çatdırıb.

Luckin 2019-cu ilin sonuna 4500 kafe açmağı planlaşdırır. Bununla o, rəqibi Starbucks-u ötüb keçə bilər.