Gələn ildən etibarən Azərbaycanda fermerlər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar “Non stop shop” modeli olaraq subsidiyalarla bağlı müraciətlərini elektron qaydada həyata keçirə biləcəklər.
Bunu “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavininin sözlərinə görə, bu, onların həmin resurslara çıxışını asanlaşdıracaq: “Sahibkarlığın inkişafında kənd təsərrüfatı sahəsində tətbiq edilən güzəştlərin, subsidiyaların əhəmiyyətli böyükdür. “Non stop shop” modelinə keçidlə bağlı elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsi ilə artıq fermerlərin qeydiyyatına başlanılıb. Ümid edirik, gələn ildən etibarən “Non stop shop” modeli ilə subsidiyalarla bağlı müraciət etmək mümkün olacaq”.