Azərbaycandan olan Startap çempion olub

Date:

Paylaş:

Azərbaycan Dövlət İqtisad Universitetinin dünya iqtisadiyyatı ixtisası üzrə “SABAH” qruplarının məzunu Elnarə Məmmədzadənin “Dataforest” startapı İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyası üzrə çempionu seçilib.

Təhsil Nazirliyindən bildirilib ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti rəqəmsal sahələrdə mövcud trendlərin, yenilik və çətinliklərin müzakirə edildiyi ən iri toplantı hesab olunur.

Keyfiyyətli, sürətli və rahat bir mənbə olan “Dataforest” startapı dünyanın hər yerindən öz məlumatlarını yükləmək, paylaşmaq, boş vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal platformadır. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan bu startap “MİT GSL Azerbaijan Demoday”inin qalibi, “AWITA 2018”də isə “İlin Startapı” olaraq mükafatlandırılıb.

“Dataforest” WSIS Pay Sahibləri Cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biridir. Startapın aprelin 8-12-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək WSIS Forumunda 2 milyondan artıq səs toplayan 18 qalibin və 72 çempionun layihə sırasında mükafatlandırılması gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...