Vergi təşviqi proqramı

    0
    121

    Vergi təşviqi proqramı

    Hökumət startapların inkişaf etdirilməsi üçün bir sıra vergi güzəştləri həyata keçirir. Vergi güzəştlərinin tətbiqi nəticəsində yaranan şirkətlər yeni iş yerlərinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Sinqapurda startaplar və kiçik və orta müəssisələr üçün müəyyən vergi güzəştləri mövcuddur.

    • Startapların vergidən azad olunması. Müəyyən ixtisas meyarlarına cavab verən startaplar ardıcıl olaraq ilk üç il ərzində gəlir vergisinin müəyyən hissəsindən azad olunurlar.Yeni yaranmış şirkətlər üçün aşağıdakı vergi güzəştləri tətbiq olunur.

    –   İlk 3 il ərzində gəlirləri 100.000 SD-yə qədər olanlar üçün 0%, 200.000 SD-yə qədər olanlar üçün 8,5%, 300.000 SD-yə qədər olanlar üçün isə 17% mənfəət vergisi tətbiq olunur.
    – 4-cü il və ondan sonrakı illər üçün gəlirləri 300.000 SD-yə qədər olanlar üçün 8,5%, 300.000 SD-dən çox olanlar üçün isə 17% vergi dərəcəsi tətbiq olunur.

    Əmrah Qarayev