Borcun maliyyələşdirilməsi proqramı

    0
    125

    Borcun maliyyələşdirilməsi proqramı

    Borcun maliyyələşdirilməsi proqramı mənfəət payından imtina etmədən kapital artırmaq istəyən startapların maliyyələşdirməsi üçün səmərəli vasitələrdən biridir. Lakin proqramın mənfi tərəfi ondan ibarətdir ki, startapların gəlirlilik səviyyəsindən asılı olmayaraq ödənişlər vaxtında olunmalıdır. Bundan başqa kiçik və orta müəssisələr üçün Sinqapur hökuməti tərindən bir sıra borcun maliyyələşdirilməsi proqramları nəzərdə tutlmuşdur. Sinqapurda borcun maliyyələşdirilməsi üçün müxtəlif proqramlar mövcuddur.


    •  Mikro-kredit proqramı. Mikro-kredit proqramı çərçivəsində Sinqapur şirkətlərinin gündəlik əməliyyatlarını həyata keçirmək və ya zavodların avtomatlaşdırılması və təkminləşdirməsi üçün banklar və maliyyə institutları tərəfindən 100.000 SD-yə qədər kreditlər təklif edir. Həmçinin kiçik və orta müəssisələr tərəfindən 4 ilə qədər götürülən kreditlər üçün 5,75% dərəcəsi müəyyən olunmuşdur.

    • Kredit sığorta proqramı. Kredit sığorta proqramı iflas olma risklərinə qarşı sığortadır. Kredit sığorta proqramı daxili və xarici ticarət müəssisələrini dəstəkləyir. Kreditin faiz dərəcəsi, mükafat dərəcəsi, səlahiyyət müddəti və borclunun riskli profili sığortaçı tərəfindən müəyyən olunur. Hökumət tərəfindən dəstək məqsədilə 50% mükafat verilir. Ödəmə qurumları və girov tələbləri iştirakçı maliyyə institutları tərəfindən müəyyən olunur.

    • Yerli müəssisələrin maliyyələşmə proqramı. Yerli müəssisələrin maliyyələşmə proqramı Sinqapur şirktlərinin avtomatlaşdırılması və təkminləşdirlməsi, zavodların avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunması və yeni iş yerlərinin yaradılması üçün banklar və maliyyə institutları tərəfindən 15 milyon SD-yə qədər kreditlər təklif edir. 4 ilə qədər götürülən kreditlər üçün 4,75%, 4 ildən çox müddətə götürülən kreditlər üçün isə 5,2% dərəcəsi müəyyən olunmuşdur.

    Əmrah Qarayev