Əsas səhifə Biznes sahələri Texnologiya 2021-ci ildə “eynəyin təkamülü” smartfonlara alternativ olaraq gələcək

2021-ci ildə “eynəyin təkamülü” smartfonlara alternativ olaraq gələcək

87
Paylaş

Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır.

Bizplus.az xəbər verir ki, “Qualcomm” şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.

Onun sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən “ağıllı” eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə “sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları” insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.

Kristiano Amon deyib ki, onlar smartfonları əvəz etməyəcək, amma tamamilə başqa qurğu olacaq. Belə ki, bunu eynəyin təkamülü düşünmək olar.