“Facebook” şəkillərin yadda saxlanmasının yeni yolunu tapıb

Date:

Paylaş:

Facebook sosiaıl şəbəkəsi  yeni alətini təqdim edir. O, istifadəçilər üçün şəkillərini birbaşa Google Photos-a köçürmək imkanı yaradır.

Bu yenilik 2020-ci ilin birinci yarısında bütün dünyaya açıq elan olunacaq.

Sosial şəbəkənin gizlilik və ictimai siyasətlə bağlı direktoru bildirib ki, bu vaxta qədər onlar istifadəçilər üçün Facebook-dan öz məlumatlarının yüklənməsinə şərait yaradıblar və yeni alət, onların məlumatların açıq mənbə kodu ilə ötürülmə layihəsində iştirak etmələri nəticəsində işlənmiş koda əsaslanıb.

Bu layihəyə digər şirkət və sosial şəbəkələr də iştirakçı kimi qoşulublar. Facebook bildirib ki, əvvəlcə Google Photos-dan başlayacaq.

Beləliklə də, əgər siz Facebook və şəkillərin ehtiyat nüsxəsini tərtib edən Google Photos istifadəçisisinizsə, sosial şəbəkəyə yerləşdirilən şəkillərin əksəriyyətin artıq Google Photos-a da düşəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...