“Apple” yeni smartfonların buraxılış strategiyasını dəyişə bilər

Date:

Paylaş:

Apple şirkəti iPhone-ların buraxılış strategiyasını dəyişə bilər. Bu, 2021-ci ildən başlayaraq ildə iki dəfə yeni cihazlar təqdim etmək üçündür.

J.P. Morgan holdinq analitikləri bunu blə hesab edirlər.

Onların fikirlərinə görə, strategiyanın dəyişməsi Apple-a ənənəvi mövsümiliyi qaydaya salmaq imkanı yaradacaq və şirkət altı ay ərzində məhsullarını sürətlə dəyişə biləcək. Bundan başqa, şirkət həm də il ərzində yeni telefonlar buraxan digər cihaz istehsalçıları ilə bərabər şərtlərlə rəqabət apara biləcək.

Analitiklər belə hesab edirlər ki, əgər Apple şirkəti  ildə iki dəfə yeni iPhone buraxsa bu ən əhəmiyyətli Apple məhsulları xətti üçün ciddi strategiya dəyişikliyi olacaq. Onlar həm də proqnoz veriblər ki, 2020-ci ilin sentyabrında dörd yeni iPhone modeli təqdim olunacaq. Bu, Apple-ın 2017-ci ildən bəri istifadə etdiyi üçmodelli strategiya ilə müqayisədə ciddi dəyişiklikdir.

Analitiklər belə hesab edirlər ki, Apple yazda, iPhone 8-i xatırladacaq ucuz iPhone buraxacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...