Əsas səhifə Birja Bitcoin rekord qırdı

Bitcoin rekord qırdı

1623
PAYLAŞ

Dünyada Bitcoin-lə bağlı məlumatları toplayan “Cryptocompare” saytı, 2008-ci ildə bazara çıxan Bitcoin-in qiymətinin rekord qıraraq 1400 dolları keçdiyini və son bir ildə üç dəfə artdığını açıqlayıb. 

“Marja” xəbər verir ki, bahalaşmanın Bitcoin-in qanuniləşdiyi Yaponiyadakı tələb artımından irəli gəldiyi bildirilir.

Yaponiya ötən ay bank sistemini dəyişdirən bir qanun ilə Bitcoin və digər bütün rəqəmsal pul vahidlərini qanuni olaraq tanımışdı.

Bitcoin-in yüksəlməsinə Bitcoin/yen kursundakı dəyişikliyin də təsir etdiyi, Çində Birja üzərində artan nəzarətin də Bitcoin-in gedişinə müsbət təsir göstərdiyi qeyd edilib.

Bitcoin nədir və kimlər bitcoinlə milyonçu olublar?

PAYLAŞ