Əsas səhifə Biznes sahələri Kriptovalyuta Bitcoin nədir və kimlər bitcoinlə milyonçu olub?

Bitcoin nədir və kimlər bitcoinlə milyonçu olub?

4212
Paylaş
bitcoin nedir bitcoin haqqinda

Bitcoin 2008-ci ildə Satoshi Nakamoto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla və s ilə əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləriylə alınıb satıla bilən, transfer edilə bilən bir növ rəqəmsal pul vahididir. Qlobal bazarlarda, Dollar və Avroya alternativ olaraq önə çıxan Bitcoinin simvolu ฿, qısaltması isə BTC kimidir.

Bitcoin ilk zamanlarda rəğbətlə qarşılanmasa da sonrada dəyərinin artması insanlarda ona qarşı maraq oyatdı. Hətta bitcoini ilk zamanlardan əldə edən edənlər hazırda sərvət sahibidirlər. Onların bir neçəsi ilə tanış olaq:

Kristoffer Koch

Bitcoin'den zengin olan Kristoffer Koch

Norveçli tələbə Kristoffer Koch 27 dollar yatırım edərək 5000 Bitcoin satın almışdı. 2013-cü ildə Koch 5000 bitcoin aldığını xatırlayanda artıq 900 min dollar sərvət sahibi idi. Çünki bitcoinin dəyəri dəfələrlə artmışdı.

Charlie Shrem

Bitcoin'den zengin olan Charlie Shrem

Cəmi 26 yaşında olmasına baxmayaraq indidən milyonçudur. Charlie ən məşhur gastro barlarından və yaşadığı bölgədə ilk bitcoin qəbul edən müəssisələrdən biri olan Evrin həmtəsisçisidir. Bundan başqa bitcoin ticarət platformu olan Bitİnstantın da qurucusudur. Ümumilikdə 45 milyon dollar sərvəti var.

Roger Ver

Bitcoin'den zengin olan Roger Ver

Bitcoin dünyasının ən böyük investorlarından biri kimi tanınır. Hazırda Tokioda yaşayan Roger Ver bitcoinlə əlaqəli onlarla layihələr hazırlayıb. Bitcoin dünya tarixində internetdən sonra ən vacib ixtiradır deyən Rogerın 52 milyon dollarlıq sərvəti var.

Cameron ve Tylor Winklevoss

Bitcoin'den zengin olan Cameron ve Tylor Winklevoss

Bu ekiz qardaşlar facebook ideyasının özlərinə məxsus olduğunu və Mark Zuckerbergin onlardan oğurladığını iddia edərək milyonlarla dollar təzminat alıblar. Ancaq qardaşların sərvətinin əsas qaynağı bitcoindir. Bitcoin yarandığı dövrdən sərmayə edən və hazrda 400 milyon dollar sərvətləri olan qardaşlar bitcoinin facebookdan daha böyük bir icad olduğunu söyləyiblər.

Jered Kenna

Bitcoin'den zengin olan Jered Kenna

ABŞ-da açılan ilk Bitcoin birjası olan Tradehillin qurucusu və idarə heyətinin başçısı olan Kenna bitcoin işinə 2009-cu ildən başlayıb. 30 milyon dollarlıq sərvətə sahib olduğu təxmin edilir.

Yifu Guo

Bitcoin'den zengin olan Yifu Guo

Avalonun qurucusu olan Yifu Guo bitcoin mədənçiliyi üçün özəl olaraq istehsal edilən çipləri yaradan ilk təşəbbüskardır. Eyni zamanda bitcoin mütəxəssisi olan Guo 2011-ci ildən bitcoinlə məşğuldur. Hazırda 33 milyon dollar sərvəti var.

Bruce Wagner

Bitcoin'den zengin olan Bruce WagnerOnline talk show aparıcısı olan Bruce Vagner kripto valyutadan sərvət qazananlardandır. Bitcoini ilk əvvəldən dəstəkləyən Vagner eyni zamanda təşkil etdiyi konfranslarda bitcoin haqqında məlumatlar verməyə davam edir.

Mark Karpeles

 

Bitcoin'den zengin olan Mark Karpeles

Yaponiyanın ilk və bir zamanlar ən böyük bitcoin birjası olan MT.GOX-un qurucusu və CEO-su olan Mark Kerpeles kripto valyuta sayəsində zəngin olub. 500 milyon dollardan çox sərvətə sahib olduğu iddia edilən Kerpelesin hazırda startuplara investisiya etdiyini də xatırladaq.

Eric Voorhees

Bitcoin'den zengin olan Eric Voorhees

Bitcoin təşəbbüskarı və aktivisti olan Eric Voorhees bir çox layihəyə imza atıb. Ən çox tanınanı isə Bitcoin ilə işləyən ilk qumar saytı olan SatoshiDice-dır. Voorhees daha sonra SatoshiDice saytını 126.315 Bitcoin qarşılığında satmışdı. Hazırda sərvəti 15 milyon dollardır.

Gavin Andresen

Bitcoin'den zengin olan Gavin Andresen

Bitcoinin sistemini icad edən Satoshi Nakamotodan sonra bitcoinin inkişafında ən çox zəhməti olan insan kimi tanınan Gavin Andresen bu sahədə ən məşhur proqramçılardan biridir. Eyni zamanda sərvətinin həcmi bilinməsə də vacib bitcoin sərmayəçilərindən biri olduğu məlumdur.

Brian Armstrong ve Fred Ehrsham

Bitcoin'den zengin olan Brian Armstrong ve Fred Ehrsham

Bitcoin pulqabı xidməti olan Coinbase-in qurucuları. Onların layihələri böyük miqdarda sərmayə alaraq ticari uğur qazandı və ilk bitcoin şirkətlərindən biri oldu.

Vitalik Buterin

Bitcoin'den zengin olan Vitalik Buterin

Gənc bir proqramçı və texnologiya yazarı olan Vitalik Buterin ilk çap edilən bitcoin jurnalı olan Bitcoin Magazine-ın qurucusudur. Buterin başda Ethereum olmaqla kripto valyuta əsaslı bir çox layihənin də sahibidir.

Ben Lawsky

Bitcoin'den zengin olan Ben Lawsky

Bitcoin sektorunda saysız layihələr edən Ben Lawsky bitcoinlə milyonçu olan insanlardan biri kimi məşhurdur.

Zach Harvey

Bitcoin'den zengin olan Zach Harvey

Zach Harvey Bitcoin ATM istehsalçısı Lamassunun qurucusu və CEO-sudur və bitcoin milyonçularından biridir.

Bobby Lee

Bitcoin'den zengin olan Bobby Lee

Bobby Lee Çinin ən böyük Bitcoin birjası olan BTC Chinanın qurucusu və baş direktorudur. Qardaşı Charless Lee isə bitcoindən sonra ən çox tanınan alternativ kripto valyuta olan Litecoinin yaradıcısıdır.

Tony Gallippi ve Stephen Pair

Bitcoin'den zengin olan Tony Gallippi ve Stephen Pair

Satıcıların asanlıqla Bitcoin qəbul etməsini təmin edən Bitcoin ilə ödəmə sistemi Bitpayin qurucularıdır.

Tim Draper

Bitcoin'den zengin olan Tim Draper

Andover Standford və Harvarddan məzun olan Amerikalı startup sərmayəçisidir. Silk Road saytında hərraca çıxarılan 30 min bitcoini ilk dəfə, 2 min bitcoini isə ikinci dəfə əldə edib.

Andreas Antonopoulos

Bitcoin'den zengin olan Andreas Antonopoulos

Ləqəbi Bitcoin müəllimidir. Yazdığı Mastering Bitcoin adlı kitabla insanlara bitcoini öyrətməyi hədəfləyən və iştirak etdiyi konfranslarda bitcoin haqqında verilən suallara ətraflı cavab verən Antonopoulos, Bitcoinlə milyonçu olan insanlardan biridir.

Sam Onat Yılmaz

Bitcoin'den zengin olan Sam Onat Yılmaz

Sam Onat Yılmaz BitAngelsin həmtəsisçisidir. Bitcoin və kripto valyuta ekosistemi ilə bağlı yaratdığı layihələrlə tanınır. DApps şirkətinin rəhbəridir.

Craig Wright

Bitcoin'den zengin olan Craig Wright

2015-ci ilin sonlarında bitcoini yaradan Satoshi Nakamotonun əslində Craig Wright adlı biri olduğuyla bağlı iddialar ortalığa atılsa da Wright bu mövzuda səssiz qalmışdı. Ancaq sonradan bitcoinin yaradıcısı olduğunu açıqlamışdı. Dəqiq bilinməsə də onun 450 milyon dollarlıq bitcoinə sahib olduğu hesab edilir.

Bitcoin haqqında daha ətraflı