Azərbaycanda İT sahəsində İnvestorlar Klubu yaradılır

Date:

Paylaş:

bir müddətdir Azərbaycanda özəl sərmayələri də İT sahəsinə cəlb etmək, yerli investorların maraqlarını artırmaq üçün İnvestorlar Klubu yaradılmasına başlanıb.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu istiqamətdə müzakirələr aparılır, müəyyən işlər görülür.

Son vaxtlar məsələ ilə bağlı işlərin sürətləndiyi müşahidə edilir.

Fonddan verilən məlumata görə, artıq yerli şirkətlərlə danışıqlar başlayıb. Belə ki, bu işə İT sahəsində  və digər sektorlarda olan investorlar cəlb edilir.

Məlumata görə, İnvestorlar Klubun yaradılması nazir Ramin Quluzadənin də diqqətindədir.

Qeyd edilib ki, Klub İT layihələrin inkişafında investorların iştirakını nəzərdə tutur.

İlkin mərhələdə yerli investor bazasını formalaşdırmağı qarşına məqsəd qoyan Klub  gələcəkdə xaricdən də investorlar cəlb etmək niyyətindədir.

İli sonuna qədər hazır olacaq İnvestorlar Klubu İT sahəsində də uğurlu investorlar formalaşdırmağa çalışacaq.

© Xeberler.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...