Sıfırdan milyarder olanların ortaq strategiyası var: Böyük risklər etmək. Bloombergə görə ən varlı insanların siyahısında risksiz başlanğıcla milyarder olan heç kim yoxdur.
Funders and Founders adlı təşkilatın Bloomberg üçün hazırladığı ən varlı insanların infoqrafik göstəricilərində ən varlı 100 insan arasından yalnız 27-i onlara qalan miras sayəsində milyarderlik taxtına oturanlardır.
Geriyə qalan 73 adamın hamısı sıfırdan bu müvəffəqiyyəti qazanıblar. Sıfırdan milyarder olan 73 nəfər arasından 18 nəfər isə universitet təhsili almayıb.
Qrafikə əsasən digər məlumatlar belədir:
– Sıfırdan milyarder olan 73 adamdan 36-ın ailələri kasıb olub.
– Bunlardan 8 nəfəri ya universitet təhsili almayıb ya da yetim olaraq böyüyüblər.
– 8 nəfərdən 4-ü böhran dövründə etdikləri düzgün sərmayə nəticəsində milyarder olub.
– 7-si batmaq üzrə olan şirkətləri satın alıb.
– Böyük və tək bir müqavilə ilə həyatı dəyişənlərin sayı üçdür.
– 3-ü əvvəllər başqalarının işlərini idarə edərək vəzifədə yüksələndir.
– Müxtəlif şirkətlərə investisiya edənlərin sayı isə 4 nəfərdir.