Əsas səhifə Vakansiya “Kapital Bank” işçi axtarır – 6 vakansiya

    “Kapital Bank” işçi axtarır – 6 vakansiya

    1269
    Paylaş

    Xidmət bölməsinin Rəhbəri

    Vakansiya haqqında məlumat:Ümumi məlumat

    Kapital Bank namizədləri Bakı, Cəlilabad,  Füzuli, Beyləqan  filiallarında Xidmət bölməsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

    Öhdəliklər

    • Əməkdaşları arasında iş bölgüsünü müəyyənləşdirməklə bölmənin işinin təşkil edilməsi;
    • Filialda aparılan əməliyyatların uçotuna görə tam məsuliyyət daşımaq;
    • Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
    • Müştərilərin müraciətlərinə əsasən onlara aid cari hesablar və plastik kartlar üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirilməsi;
    • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışının təşkil edilməsi.

    Tələblər

    • Ali təhsil;
    • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
    • Yüksək ünsiyyətqurma qabiliyyəti;
    • Təzyiqə davamlılıq və operativlik;
    • Problemi həll etmə və rəhbərlik bacarığı;
    • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyət
    • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üçün)
      • MS Office (Word, Excel) proqramları üzrə biliklər.

    CV-lərinizi, mövzu hissəsində “Xidmət bölməsinin Rəhbəri qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    ___________

    Satınalma üzrə Aparıcı mütəxəssis
    Vakansiya haqqında məlumat:

    Ümumi məlumat

    Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Öhdəliklər

    • Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
    • Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
    • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

    Tələblər

    • Ali iqtisadi təhsil;
    • İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır
    • Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrrübəsinin olması arzuolunandır
    • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
    • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
    • Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
    • Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
    • Yüksək səviyyədə MS Excel və MS Word biliyi.

    CV-lərinizi, mövzu hissəsində “Satınalma üzrə Aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    _____________________________

    Kassa üzrə mütəxəssis

    Vakansiya haqqında məlumat:

    Ümumi məlumat

    Kapital Bank namizədləri Bakı, Yevlax, Sabirabad, Neftçala filiallarının Xidmət bölməsində Kassa üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

    Öhdəliklər

    • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
    • Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
    • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.

    Tələblər

    • Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
    • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
    • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
    • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
    • MS Office (Word, Excel) proqramları üzrə biliklər
    • Nəğd pulla intensiv işləmə bacarığı
    • Gərgin iş qrafikində işləmək bacarığı
    • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

    CV-lərinizi, mövzu hissəsində “Kassa üzrə mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    _________________________________

    Əməliyyat üzrə mütəxəssis

    Vakansiya haqqında məlumat:

    Ümumi məlumat

    Kapital Bank namizədləri  Bakı, Füzuli, Beyləqan, Mingəçevir, Şəmkir, Neftçala filiallarının Xidmət bölməsində  Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

    Öhdəliklər

    • Müştərilərə xidmət
    • Sürətli pul köçürmə əməliyyatlarının aparılması
    • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
    • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
    • Ödəniş kartları üzrə əməliyyatların aparılması

    Tələblər

    • Ali təhsil
    • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
    • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
    • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
    • MS Office (Word, Excel) proqramları üzrə biliklər
    • Gərgin iş qrafikində işləmək bacarığı
    • Əla ünsiyyət bacarıqları
    • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

    CV-lərinizi, mövzu hissəsində “Əməliyyat üzrə mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    ____________________

    Anbardar

    Vakansiya haqqında məlumat:

    Ümumi məlumat

    Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Anbardar vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Öhdəliklər

    • Anbara nəzarət və mövcud sistemin idarə olunması
    • Anbar sistemində bütün mövcud məhsulların araşdırılması
    • Sistemdə mövcud datanın araşdırılması
    • Anbarda mövcud olan malların növünə görə düzgün sistemləşdirilməsini təmin etmək
    • Gündəlik PO-lar üzrə məhsulların yoxlanılıb təsdiqlənməsi

    Tələblər

    • Ali  təhsil;
    • Standart İRP sistemi üzrə təcrübə
    • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
    • Komandada işləmə bacarığı və dəqiqlik;
    • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
    • Sahə üzrə  2-3 illik iş təcrübəsi;
    • Yüksək səviyyədə MS Office proqramlarının biliyi

    CV-lərinizi, mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    _____________

    Müştəri Əlaqələndiricisi

    Vakansiya haqqında məlumat:

    Müştəri Əlaqələndiricisi (Neftçala, Xaçmaz, Tovuz, Yevlax, Cəlilabad və Şəmkir filialı)

    Kapital Bank namizədləri aşağıdakı filiallar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Öhdəliklər

    • Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
    • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
    • Elektron növbəlilik sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
    • Ödəniş terminalları və Q-matic cihazından istifadə qaydaları haqda məlumatların verilməsi.

    Tələblər

    • Ali təhsil
    • Azərbaycan dilində əla danışmaq qabiliyyəti
    • Ünsiyyətqurma və izahetmə qabiliyyəti
    • Operativlik və dəqiqlik
    • Məsuliyyətlilik və təzyiqə davamlılıq
    • MS Office proqramları üzrə biliklər

    CV-lərinizi, mövzu hissəsində “Müştəri əlaqələndiricisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.